316 nömrəli məktəbdə direktor özbaşınalığı? - İTTİHAM VAR! VİDEO
Bu gün, 00:01

TEREF yazır ki, poçtumuza bir qrup müəllimdən şikayət məktubu daxil olub. Şikayətçilər 316 nömrəli məktəbin direktoru Yasin Qliyevdən şikayətçidirlər.
Teref olaraq şikayət məktubunu oxuculara təqdim edirik:
Deməli,bizdə texniki işçi sənəddə başqa adla(Elşad )qeyd olunduğu halda onun yerinə başqa işçi (Rəşad)fəaliyyət göstərib.

(Texniki işçi başqa adam rəsimləşdirilib,amma onun yerinə başqa adam işləyir ən vaciblərdən qanun pozuntusu)
Vinetka və son zəng tədbirinin keçirilməsi üçün 11 ci siniflərdən 30 azn və10 azn disk pulu otələb olunub.Pullar onun müavini Bahar müəllimə tərəfindən yigilib.Hətta pullar yiğilan zaman çəkilən şəkil və videolar baş təhsil idarəsindən gələn yoxlamayada təqdim olunub.Bunu sübut edən valideyn yazışmaları,səs yazıları da var. Keçən tədris ilində gundəliklər yalnız məktəb rəhbərliyi tərəfindən satilib,kənardan alınmasına icazə verilməyib.Dərs vaxtı kütləvi şəkildə dərsdən şagirdləri yayindıraraq müəyyən məbləğ qarşılığda masterklass keçirdib.Müəllimə dərs bölgüsü zamanı "artiq dersi neynirsən sponsurun azalıb" kimi sual ünvanlayıb.

Bütün şəkillər,videolar gələn yoxlama heyətinə təqdim olunub.(Yoxlama Bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən13-14sentyabrda 6 nəfərlik komisiya məktəbə gəlib.) Hətta müəllimlərlə təkbətək görüş zamanı da müəllimlər faktları təsdiqləyiblər.Bütün bunlara baxmayaraq 1 aya yaxındır nə müavini nə də özü haqqında heçbir tədbir görülməyib.Məktəbdə sağlam mühit pozulub,pedaqoji şura keçirdib açıq şəkildə səs vermə keçirib müəllimlərə təzyiq edib ki ,kimlərin mənim tərəfimdə olduğunu bilmək istədiyini deyib.Müəllimlər arasında ikitirəlik yaranıb.
Hətta əvvəl işlədiyi 90 nömrəli məktəbdə də belə hallarla bağlı korrupsiya idarəsinə müraciət olunub və işdən çıxarılmayıb və 71 nömrəli məktəbə yerdəyişmə edilib
Yəni işdən çıxarılmayıb.Hərdəfə də deyir gedin kimə istəyirsiz şikayət edin.
Məktəbin sinif otaqları öz şəxsi mənafeyi üçün icarəyə verilib. Hər ay buna görə ümumi 1000 azn gəlir götürüb. Dövlət əmlakı hesabına.
TEREF olaraq qeyd etmək istəyirik ki, adları çəkilən bütün audi danışıqlar və videolar bizə təqdim olunub və araşdırmamızın axırında onlarıda təqdim edəcəyik!
Elm Və Təhsil Nazirliyi,Bakı şəhəri üzrə Təhsil idarəsinin nəzərinə!
Şikayətdə iddia olunan məsələlərlə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Ardı var

