5-12 oktyabr Nobel həftəsidir

Bu gün, 10:14           
5-12 oktyabr Nobel həftəsidir
"Fiziologiya və tibb" və "Fizika" üzrə Nobel mükafarçılarının adları açıqlandı. Bu gün Kimya üzrə Nobel mükafatı (mükafatçılarının) laureatının adı (adları) açıqlanacaq. Müsəlman dünyasından üç böyük alim-Əhməd Zevayl, Əziz Səncər və Ömər Yaqi kimya üzrə Nobel mükafatına layiq görülüb.
Yadıma maraqlı bir əhvalat düşdü. 2014-cü ildə Bakıda keçirilən IV Humanitar Foruma dəvət olunanlardan biri də 2002-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüş Kurt Vyutrix idi. Bakı Ali Neft Məktəbinin rektoru, hörmətli Elmar Qasımov bu böyük alimin tələbə və professor- müəllim heyəti ilə görüşünü təşkil etmişdi. Mən də dəvətli idim. Vyutrix özünün etdiyi kəşfi çox maraqlı şəkildə izah etdi. Görüşün sual - cavab hissəsində verdiyim suala da maraqlı cavabı oldu. Sual belə edi:”Fizika üzrə Nobel mükafatı laureatı Şeldon Qleşou (Əbdüs Salamla birgə mükafata layiq görülüb) müsahibələrinin birində söyləyib ki, artıq Fizika elmi dalana düşüb. Əvvəlki böyük və daha səs-küylü kəşflər edilmir. Kimya elmi necə, dalana düşmə qorxusu varmı?
Böyük alim dərhal auditoriyaya sual verdi: “Deyə bilərsinizmi, Fizikadan sonuncu ən böyük kəşfi kim etdi?”
Onun sualına cavab verdik: “Piter Hiqqs və Fransua Enqler “Hiqqs Bozonunun mövcudluğunu nəzəri cəhətdən əsaslandırdıqlarına görə 2013-cü ildə Fizika üzrə Nobel mükafatına layiq görüldülər.
Vyutrix gülümsəyərək dedi: “Bununla da Fizika elmi dalandan çıxdı. Narahatçılığa əsas yoxdur. Kimya isə heç vaxt dalana düşməyəcək”.
Məncə elə də oldu. 2015-ci ildə əzizimiz Əziz Səncər Pol Modriç və Tomas Lindalla birgə “DNT-nin təmirinə görə” Kimya üzrə Nobel mükafatına layiq görüldülər.
Bu gün kimya sahəsində kəşfin və laureatların (laureatın) adı açıqlanacaq.
Əsas sürpirizlər isə Çərşənbə, Cümə axşamı və Cümə günləri gözlənilir.
Etibar Əliyev
Ədəbiyyat, Sülh və İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]