Süni intellektlə bağlı böyük FƏLAKƏT – Şirkətlər hərəkətə keçdi

Bu gün, 00:11           
Süni intellektlə bağlı böyük FƏLAKƏT –
Süni intellektlə bağlı yaxın 6–12 ay ərzində ciddi fəsadlara səbəb ola biləcək hadisənin baş verəcəyi ehtimal edilir. Bu səbəbdən sahənin aparıcı şirkətləri mümkün nəticələrə hazırlaşırlar.

TEREF-in yazdığına görə "Bakupost" xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Anthropic”, “OpenAI” və digər şirkətlərin rəhbərləri artıq mümkün böhrandan sonrakı dövr üçün ssenarilər hazırlayırlar. Bu ssenarilərə bank xidmətlərinin və internetin fəaliyyətini, hətta elektrik enerjisi və su təchizatını poza biləcək kiberhücumlar da daxildir.

Hazırlıq çərçivəsində ən pis ehtimallar modelləşdirilir və ABŞ Konqresinin üzvləri ilə müzakirələr aparılır.

Süni intellekt şirkətləri ilk böyük insidentdən sonra qəbul edilə biləcək qanunvericilik qərarlarına əvvəlcədən təsir göstərməyə çalışırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]