Zakir Quliyev məşhur obyektini satışa çıxardıb - 10 milyon dollara
Bu gün, 00:02
Kür çayı yaxınlığında yerləşən Şam Ailəvi İstirahət Mərkəzi bir neçə hektar ərazidə yerləşir
(ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin İdarə Heyətinin sədri Zakir Quliyev Sabirabad rayonunda yerləşən məşhur Şam Ailəvi İstirahət Mərkəzini (Şam Palace) satışa çıxartdığı iddia olunur.
Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Şam İstirahət Mərkəzi 10 milyon dollara (17 milyon manata) satışa çıxarılıb. Bildirək ki, Şam Ailəvi İstirahət Mərkəzi Sabirabad rayonunda Kür çayı yaxınlığında yerləşir. Obyektin ümimi ərazisi bir neçə hektardı.
Xatırladaq ki, Zakir Quliyev uzun müddət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini işləyib. Hazırda isə (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin İdarə Heyətinin sədri (2024-cü ildən) vəzifəsini icra edir.