MƏŞHURLAR (epizod)
Bu gün, 17:14

Bir gün Hüseyin Arif ,yola çıxanda görür ,bir cavan oğlan dayanıb yolda.
Salam verib deyir .
-Ağrin alım a Qazaxlı balası .
-Sair mən...,
-Gəl gedək bizə ,təzə şeirlərmi oxuyum ,Hərdən də yüz-yuz vurarıq .
-Sair..,
-Yox ,xətrimə dəyirsən, Ə Qazaxlılar yaxşı vuran olur .
-Sair mən Qa..,.,
- Gedək mən ölüm.Ə Qazaxlı deyilikmı ?
Hüseyin Arif , oğlanı zorla çəkə- çəkə evə aparır .
-Ay Məleykə Qazaxlı tapmısam .
-Mə....,
Dərdin alım , sən danışma .
Yemək-içmək gəlir . yüz-yüz vururlar ,şair şeir deyir .
- Başın haqqı ,harda Qazaxlı görürəm elə sevinirəm .
- Şair mən .....,
-Sənə dedim danışma ,Utanma yemək ye .
Məleykə xanım bir şairə ,bir utanıb qısılan öğlana baxır .
-A kişi , qoysan yazıq uşaq bir kəlmə söz deyə .
-Doğurdan ay bala ,Qazaxdan kimlərdənsən?
-Şair mən Qazaxlı deyiləm , Qutqaşınlıyam .
Özünu itirsə də ,Hüseyin Arif deyir .
-Neylək Qutqaşınlı ol .Başın haqqı harda yaxşı adam görurəm ,elə bilirəm Qazaxlıdir .Qurban olum Qazaxlilara.
Сима Джафарова

