Nobel Sülh Mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədə verilib
Bu gün, 09:54
2023-cü il Nobel Sülh Mükafatı insan haqları müdafiəçisi Narges Mohammada “İranda qadınların zülmünə qarşı mübarizəsinə və hamı üçün insan hüquq və azadlığı uğrunda apardığı mübarizəyə görə” verilib. Narges Mohammadi 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən İbrahim Ketabdarın abidəsini ziyarət edərkən, İranın Əlborz əyalətinin Kərəc şəhərində saxlanıldıqdan sonra, dünya şöhrəti qazanıb. 2021-ci ilin mayında Tehranın 2 saylı Cinayət Məhkəməsi onu “sistem əleyhinə təbliğat aparmaq” da daxil olmaqla, ittihamlarla iki il yarım həbs, 80 şallaq və iki cərimə cəzasına məhkum edib. Həmin il onlarla insan Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilmişdi. Əsasən onun tərkibinə müxtəlif ölkələrin və xalqların müxalifətçiləri də daxildi. Siyahıda həmçinin Honq-Konqdan olan ekoloq, diplomat, siyasətçilər, rahibə və hətta kardinal da olub. Esmira ŞÜKÜROVA