Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Dünən, 17:10

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrinin inkişafı Azərbaycanın Şərq-Qərb ticarətində əsas tranzit mərkəzlərdən birinə çevrilməsi üçün mühüm imkanlar yaradır.
Azərbaycan coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Xəzər dənizi üzərindən keçən bağlantıları ilə Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin digər nəqliyyat infrastrukturu Orta Dəhlizin imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının daha da inkişaf etdirilməsi yük axınlarının Azərbaycan üzərindən Avropa istiqamətində artmasına şərait yaradacaq. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Azərbaycan mühüm tranzit qapıdır. Bu ölkələrin ixrac potensialı artdıqca, Orta Dəhliz vasitəsilə daşınacaq yüklərin həcminin də yüksəlməsi gözlənilir. Bu isə Azərbaycanın tranzit və logistika imkanlarını daha da artıracaq.
Avropa İttifaqının Orta Dəhlizə artan marağı Azərbaycanın nəqliyyat sektorunda yeni investisiya və əməkdaşlıq imkanları yarada bilər. Onun fikrincə, Avropa ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsinin genişlənməsi Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması deyil, həm də logistika, anbar, multimodal daşımalar və rəqəmsal nəqliyyat xidmətlərinin inkişafı baxımından yeni perspektivlər açır.
Avropa İttifaqının Orta Dəhlizə diqqətinin artması Azərbaycanın əhəmiyyətini daha da yüksəldir. Azərbaycan bu marşrutun yalnız coğrafi keçid məntəqəsi deyil, eyni zamanda logistika və ticarət mərkəzi kimi inkişaf etdirilməsi istiqamətində mühüm imkanlara malikdir. Bunun üçün ölkələr arasında koordinasiyanın, gömrük prosedurlarının və rəqəmsal həllərin təkmilləşdirilməsi vacibdir.
Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marşrut boyunca yerləşən ölkələrin vahid yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya dövlətləri və Türkiyə ilə əməkdaşlığı Orta Dəhlizin Avropa istiqamətində daha səmərəli və dayanıqlı nəqliyyat marşrutuna çevrilməsinə xidmət edə bilər.
Gələcəkdə Mərkəzi Asiyanın artan ixrac potensialı ilə Avropanın geniş bazarı arasında əlaqələrin qurulmasında Azərbaycanın rolu daha da artacaq və ölkə regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

