Ölkə başçısının YAP-ın qurultaydakı çıxışında bir ifadə vardı: "İdeoloji məkanımızın təmizliyi".

Bu gün, 12:38           
Ölkə başçısının YAP-ın qurultaydakı çıxışında bir ifadə vardı: "İdeoloji məkanımızın təmizliyi".
Bu ifadənin nə demək olduğunu ziyalılar, alimlər, deputatlar, media müəllifləri cəmiyyətə izah etməliyidilər. Siyasətin dili bəzən mövcud şərtlərə görə qısa və kəsə olur.
Təəssüf ki, bu izahın boş qalan yerini məhz ideoloji girdab doldurdu. Çünki ideoloji çürümə artıq ictimai elitaya da yoluxub. Səbəb? Anonim ağızların xalq adıyla püskürdüyü söyüş və təhqir qorxusu. Şəxsiyyətini fikir və ideyalarından üstün tutan adamdan aydın olmaz, ziyalı olmaz. Uzaqbaşı, hörmətli şəxs olar.
Mədəniyyət nəinki şəxsiyyətini, hətta canını söyüş və təhqirə qurban verənlərin yaradıcılığıdır. Söyüş və təhqirin xəlqi əzələ kimi nümayişi də mədəniyyətin, elmin, fəlsəfənin yolunu bağlamaq üçün düşünlmüş bir strategiyadır.
İdeoloji məkanımızı necə təmiz saxlaya bilərik? İlk növbədə müəllif yazılarını medaiya qaytarmaqla. O müəlliflər ki, bir vaxtlar medaida gündəlik müəllif yazıları ilə çıxış edirdilər, indi medai onlara yalnız cəmiyyət çalxalananda "ictimai hambal" kimi müraciət edir.
Gəlin, ayağımızın altında yatın, baxaq görək, divarın o üzündə nə baş verir?
İnformasiya mediası ziyalıları, aydınları, alimləri evdarlıqla məşğul olan cəmiyyətlər üçün deyil, universitetləri, sosioloji mərkəzləri, yaradıcı birlikləri zavod kimi çalışan cəmiyyətlər üçündür.
Media avtoritetlərimiz yoxdur deyə ideoloji məkanımıza daxil olan istənilən parazit düşüncə qəsdən ictimai küyə çevrilir. Çünki kütlə üçün həqiqətin anası küydür, küy nə doğsa, kütlə onun adını həqiqət qoyacaq.
Bu, beş min il əvvəl də belə idi, bu gün də belədir. Bunun belə olmadığını beş min əvvəl də müəlliflər izah edirdilər, bu gün də müəlliflər izah etməlidirlər.
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]