Hörmüz boğazında nəhəng neft tankeri minaya düşərək partlayıb Bu gün, 09:14 İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında nəhəng neft tankerinin dəniz minasına toxunaraq partladığını açıqlayıb.APA xəbər verir ki, SEPAH-ın məlumatına görə, hadisə tanker İranın qeyri-qanuni hesab etdiyi marşrutla boğazdan keçməyə cəhd göstərərkən baş verib.Tankerin adı, mənsub olduğu ölkə, ekipaj üzvlərinin vəziyyəti və mümkün insan tələfatı barədə məlumat verilməyib. Facebook-da paylaş