Pünhan Piriyev ölümlə hədələnir - Nazirə müraciət

Bu gün, 09:04           
Pünhan Piriyev ölümlə hədələnir - Nazirə müraciət
Tanınmış müğənni, bu yaxınlarda özünə etdiyi dəbdəbəli toyu, daha sonra isə xalq artisti Alim Qasımovla bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn Pünhan Piriyev bu dəfə saz ifaçısı aşıq Mübarizə görə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

TEREF Konkret.az-a istinadən xəbər verir ki, Tiktok platforması üzərindən nazirə açıq müraciət ünvanlayan müğənni öldürüləcəyi ilə hədələndiyini bildirib.

Müğənni Pünhan Piriyev iddia edir ki, onun həyatı təhlükədədir və nazir Vilayət Eyvazovdan təhlükəsizliyinin təmin olunması üçün göstəriş verməsini xahiş edir.

Bildirir ki, el arasında Aşıq Mübariz kimi tanınan saz ifaçısı onu Ağcəbədi rayonunun Avşar kəndindən olan dostları tərəfindən öldürüləcəyi ilə hədələyir.

Buna görə də müğənni Pünhan Piriyev daxili işlər naziri Vilayət Eyvazovdan Aşıq Mübarizin cinayət məsuliyyətinə cəlb olunması üçün göstəriş verməsini xahiş edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]