Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı – Səbəbi

Bu gün, 09:34           
Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı – Səbəbi
Yanacağın qiyməti təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində baş verir. Qiymət artımı əsasən Yaxın Şərqdə və dünyada gedən proseslər, xüsusən də müharibələrlə əlaqədardır.

TEREF xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanacağın, xüsusən də dizel yanacağının qiymətinin düşəcəyi gözlənilir. Əgər bu baş verməsə, hökumət qiymət artımının qarşısını almaq barədə düşünə bilər.

Qeyd edək ki, Gürcüstanda son bir ildə benzinin qiyməti 30 faizdən çox, dizel yanacağının qiyməti isə 55 faizdən çox artıb.

Dizel yanacağının qiyməti oktyabrın 9-da rekord həddə çatıb – 1 litri 5 lariyə satılıb. Bu isə sürücülərə və müəssisələrə ağır zərbə vurur. Artıq gündəlik istehlak mallarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]