Pakistanda ara qarışdı - Vilayətə qoşun yeridilir

Bu gün, 00:09           
Pakistanda ara qarışdı - Vilayətə qoşun yeridilir
Pakistanda müxalifətin etirazları və vəziyyətin gərginləşməsi fonunda Xayber-Paxtunxva vilayətinə hərbi qüvvələrin göndərilməsi barədə qərar qəbul edilib.

Bu barədə göstəriş ölkənin Daxili İşlər Nazirliyi tərəfindən verilib.

Qərar oktyabrın 11-də fövqəladə vəziyyət elan edilən vilayətdə ictimai asayişin qorunmasını nəzərdə tutur.

Pakistan Konstitusiyasının 245-ci maddəsinə əsasən, hərbçilər yerli hakimiyyət orqanlarına təhlükəsizliyin təmin olunmasında, əhalinin və dövlət obyektlərinin mühafizəsində kömək edəcəklər. Ordu bölmələri fövqəladə vəziyyət qüvvədə olduğu müddətdə bölgədə qalacaq.

Vilayətə göndəriləcək hərbçilərin sayı qubernator tərəfindən Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə razılaşdırılaraq müəyyənləşdiriləcək.

Qeyd edək ki, Xayber-Paxtunxvada keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi “Ədalət Uğrunda Hərəkat” partiyasının tərəfdarları onun azadlığa buraxılması tələbi ilə etiraz aksiyalarına başlayıblar. Müxalifətin aksiyaları bölgədə siyasi gərginliyi artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]