Saqqallı əsgərlə qırxılmış əsgərin fərqi nədir?
Bu gün, 12:04

Pentaqonun işini işıqlandıran ixtisaslaşmış Amerika nəşrləri saqqalın əsgərlərin döyüş keyfiyyətlərinə təsiri ilə bağlı araşdırmanın nəticələrini paylaşıb. İlk baxışdan görünə bilər ki, bunda heç bir asılılıq yoxdur, bəs onda niyə dünyanın bir çox ölkələrində əsgərlər hərbi xidmətə gedərkən, məqsədyönlü şəkildə saqqal saxlayırlar?
Döyüşə Saqqallılar girir
Araşdırmanın müəllifləri iddia edirlər ki, saqqallı əsgərlər atəş açarkən hədəfi daha cəld vurur, həm də saqqalsız həmkarlarına nisbətən daha möhkəm və güclü olurlar.
Bunu sübut etmək üçün, Əfqanıstanda döyüşlərdə iştirak etmiş 100 hərbçi seçmək lazım gəlib. Onlar hər biri 25 nəfərdən ibarət dörd qrupa bölünüb: saqqallı və saqqalsız xüsusi təyinatlılar. Məqsədli şəkildə saqqal çıxaran nizami ordu əsgərləri və üzləri təmiz qırxılmış əsgərlər. Sonra həmin əsgər qruplarına adi hərbi təlimlər keçirilib. Məlum olub ki, saqqallı döyüşçülər bütün göstəricilərə görə, üzlərində tük olmayan əsgərlərdən xeyli üstün olublar. Belə nəticələrdən sonra, ABŞ ordusu generalı Dames E. Mattis qaynar nöqtələrə getməzdən əvvəl, şəxsi heyətə saqqallarını uzatmaq üçün müraciət edib.
Qeyd edək ki, tədqiqatçılar vaxtilə güclü adam hesab edilən Samsona diqqət yetiriblər, onun bənzərsiz gücü saçlarında imiş. Düşmənləri onun saçını kəsdiyi ana qədər, yenilməz sayılıbdı.
Araşdırmanın nəticələrini həmişə bığ və saqqal saxlayan kazaklar da təsdiqləyir. Çoxsaylı müharibələr zamanı kazaklar yüksək döyüş nailiyyətləri nümayiş etdiriblər. Qonşuları - Qafqaz xalqları kimi.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi bütün kateqoriyalardan olan hərbi qulluqçulara saqqal və bığ saxlamağa icazə verən əmr verib.
Amma saqqal insanda təkcə döyüşçü bacarıqlarını inkişaf etdirmir. Bir çox böyük elm adamları, yazıçılar, rəssamlar, musiqiçilər üzlərindəki "dəbdəbəli saçlarla" öyünə bilibdilər. Məlum olub ki, saqqalın olması insanın düşünməyə və istedadını inkişaf etdirməyə meylini artırır.
Təəccüblü deyil ki, belə bir ənənə yaşanmaqdadır ki, tələbənin "sessiyadan əvvəl" imtahan ərəfəsində, saçını, üzünü bərbərə gedib təraş etdirməsi yaxşı əlamət sayılmır. Lakin müasir elm hələ belə qanunauyğunluqları izah edə bilməyib.
Esmira ŞÜKÜROVA

