Wilm Hosenfeld (tam adı: Wilhelm Adalbert Hosenfeld) — İkinci Dünya müharibəsi zamanı Polşada xidmət etmiş dindar katolik Almaniya subayı və müəllim.

Bu gün, 09:54           
Wilm Hosenfeld (tam adı: Wilhelm Adalbert Hosenfeld) — İkinci Dünya müharibəsi zamanı Polşada xidmət etmiş dindar katolik Almaniya subayı və müəllim.
O, müharibə illərində nasist rejiminin cinayətlərinə qarşı gizli şəkildə müqavimət göstərərək çoxsaylı polyak və yəhudinin hayatını xilas etməsi ilə tanınır.
​Ən çox tanınmasına sabəb olan hadisə məşhur yəhudi piyanisti və bəstəkarı Vladislav Şpilmanı (Władysław Szpilman) Varşava xarabalıqlarında gizlədərək sığınacaq, geyim və ərzaqla təmin etməsidir. Bu hadisə Roman Polanskinin çəkdiyi və Oskar mükafatı qazanan "Pianoçu" (The Pianist, 2002) filmində əks olunmuşdur.
Varşavada zabit olduğu müddətdə idman obyektlərini idarə edərkən saxlanılan şəxslərə saxta sənədlər düzəldərək, onları işlə təmin edərək və ya konsentrasiya düşərgələrinə aparılan qatarlardan qaçanlara kömək edərək bir çox insanın həyatını xilas etmişdir.
1945-ci ilin yanvarında Sovet qoşunları tərəfindən əsir götürülüb. Şpilman və xilas etdiyi digər şəxslər onun lehinə şahidlik etsələr də, 1950-ci ildə Minskdə keçirilən Sovet hərbi tribunalı onu rəsmi olaraq Vermaxt zabiti kimi "müharibə cinayətləri törətməkdə" (əsasən əsirlərin dindirilməsində iştirak etmək ittihamı ilə) təqsirli bilib və 25 il həbs cəzasına məkum edib.
13 avqust 1952-ci ildə Stalinqrad yaxınlığındakı əsir düşərgəsində ağır şərait və işgəncələr nəticəsində vəfat edib.
Sahil Born To Die












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]