Zelenski Trampın elan etdiyi atəşkəsdən xəbərsizdir – “Rusiya razılaşsa, qəbul edəcəyik”

Bu gün, 07:24           
Zelenski Trampın elan etdiyi atəşkəsdən xəbərsizdir –
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın elan etdiyi Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi barədə məlumatının olmadığını bildirib.

Bununla belə, Moskva bu təşəbbüsü həqiqətən dəstəkləyərsə, Kiyev enerji infrastrukturuna zərbələrin dayandırılmasına razılaşmağa hazırdır.
“Atəşkəslə bağlı elan mənim üçün xəbər oldu. Lakin ruslar enerji atəşkəsinə razılaşsalar, Ukrayna da razılaşacaq. Əgər Prezident Tramp bununla bağlı Putinlə razılığa gəlibsə, xahiş edirəm, atəşkəsin nə vaxt başlayacağını bizə bildirin. Biz hazırıq və bunu qəbul edəcəyik”, – deyə Zelenski Axios jurnalisti Barak Ravidə açıqlamasında bildirib.
Bundan əvvəl Tramp Rusiya ilə Ukrayna arasında enerji atəşkəsinin dərhal qüvvəyə mindiyini elan edib və hər iki tərəfi razılaşmanı pozmamağa çağırıb.
Lakin Zelenskinin açıqlamasından belə məlum olur ki, Ukrayna tərəfi razılaşma barədə əvvəlcədən məlumatlandırılmayıb və atəşkəsin nə vaxt başlayacağı ilə bağlı dəqiqləşdirmə gözləyir.

AzPost.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]