Səhnəyə çıxmadan 20 milyon dolları cibinə qoydu – Məşhur sənətçidən qonşu ölkəyə böyük şok

Bu gün, 08:38           
Səhnəyə çıxmadan 20 milyon dolları cibinə qoydu –
Amerikalı məşhur reper Kanye Uest Rusiyada baş tutmayan konsertlərdən təxminən 20 milyon dollar qazanması ilə böyük qalmaqalın mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, Kanye Uestin dünya turnesi çərçivəsində oktyabrın 10 və 11-də Sankt-Peterburqdakı “Qazprom Arena” stadionunda keçirilməsi planlaşdırılan konsertləri baş tutmayıb. Buna baxmayaraq, reperin həmin tədbirlərdən təxminən 20 milyon dollar əldə etdiyi bildirilir.

Konsertlərin təşkilatçısı olan “Say Agency” şirkəti biletlərə görə ödənilən pulların oktyabrın 12-dən etibarən geri qaytarılacağını vəd edib. Lakin şirkətə qarşı məhkəmə iddiaları davam edir. Bilet alan şəxslər pullarının qaytarılmasını tələb edirlər.

Məsələnin ən qalmaqallı tərəfi isə reperin aldığı milyonlarla dolları geri qaytarmaya biləcəyidir. Mənbələrin fikrincə, Kanye Uestin müqaviləsində belə bir öhdəlik nəzərdə tutulmadığından onun pulu qaytaracağı gözlənilmir.

Ekspertlər hesab edirlər ki, bu hadisə Rusiyada konsert biletlərinin satışı ilə bağlı qanunvericilikdə ciddi boşluqları üzə çıxarıb. Onlar vətəndaşların maliyyə itkilərindən qorunması üçün bilet operatorlarının konsert baş tutmamış təşkilatçılara pul köçürməsinin qanunla qadağan edilməsini təklif edirlər.

“Say Agency” isə heç bir qanunu pozmadığını bildirir. Şirkət konsertlərin tamamilə ləğv edilmədiyini, başqa tarixə keçirilə biləcəyini də istisna etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]