Türkiyədə qardaşlığımıza nifaq salmaq istəyənlərə belə cavab verdilər FOTO

Bu gün, 10:06           
Türkiyədə qardaşlığımıza nifaq salmaq istəyənlərə belə cavab verdilər  FOTO

Şəkildə gördüyünüz bu səhifənin yiyəsi öz aləmində iki qardaş ölkə arasında nifaq salmaq məqsədilə başörtüsü məsələsinə toxunub, ölkəmizi hədəf taxtasına çıxarıb. (Siirt kürdlər yaşayan bölgədir).
Ancaq istədiyinin əksi olub. Minlərlə türk istifadəçi onun təxribatçı statusunun altına "Azərbaycan düz edir", "ərəbləşəmək istəmir", "Türkiyə örtdündü də nə oldu", "ölkənin daxili işdir, kimsə qarışa bilməz", "Bakı nə etdiyini yaxşı bilir", "Azərbaycanın yanındayıq", "Əliyev düz edir, ölkəsnin Əfqanıstan və Suriyaya dönməsini istəmir", "Qardaşlara halal olsun, möhkəm dayanıblar" kimi şərhlər yazıblar.
Bax, qardaşlıq budur. Ara vurmaq istəyənlərin, dünyaya din-məzhəb pəncərəsindən baxanların cavabı layiqincə verilməkdədir.
Xalid Kazimli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]