Ərdoğan Səudiyyəyə vəd verdi: “Hücumların qarşısını almaq üçün…”

Bu gün, 00:08           
Ərdoğan Səudiyyəyə vəd verdi:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib.

O, həmçinin “Məkkə Sazişi”nin yaxın günlərdə ratifikasiya üçün Türkiyə parlamentinə təqdim olunacağını açıqlayıb.

“Türkiyə bu qanunsuz və qeyri-insani hücumlar qarşısında Səudiyyə Ərəbistanının və səudiyyəli qardaş-bacılarımızın yanındadır”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara avqustun 7-də Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan birgə müdafiə sazişinin icrası üçün institusional mexanizmlərin yaradılması istiqamətində işləri davam etdirir.

“Biz “Məkkə Sazişi”ni yaxın günlərdə parlamentə təqdim etmək və ölkə daxilində ratifikasiya prosesini başa çatdırmaq üçün səylərimizi davam etdiririk”, – deyə Türkiyə lideri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]