Nizami Gəncəvi çadra haqqında nə deyirdi?

Bu gün, 00:09           
Nizami Gəncəvi çadra haqqında nə deyirdi?
“İsgəndərnamə” əsərində Qafqaza - qıpçaqların yurduna gəlib çıxan böyük İsgəndər qəribə bir narahatlığını dilə gətirir.
Qıpçaq qadınları başlarını bağlamırlar, asudə gəzirlər, at minirlər, ov-ovlayırlar, döyüşürlər və s. İsgəndərin ordusunda isə uzun səfərlər boyu “arvadsızlamış” minlərlə kişi var. Hər an təcavüz etməyə amadə...
Bu, ad-sanıyla iki cahana səs salan İsgəndərin izzəti-şəninə yaraşan iş olmazdı.
Buna görə, qıpçaq ağsaqqalları yanına çağırıb qadınların başlarını bağlamasını məsləhət görür. Və bu yerdə islam dinində, şəriətdə qadının örtünməsi ilə bağlı ən vacib məqamları diqqətə çatdıran şair İsgəndərin dili ilə deyir:
“Bizim adət-ənənəmiz belədir!”
Qıpçaqların cavabı qeyri-adidir:
“Bizim adət-ənənəmizə görə isə qadınlar üzünü yox, kişilər gözünü bağlayır. Qoşuna əmr edin, bizim məmləkətdə bizim adət-ənənələrə əməl etsinlər...”
Nizami bu sözləri 1201-ci ildə yazıb...
824 il əvvəl...
Şərif Ağayar,
yazıçı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]