Bu şirkətlərdə fırıldaqçı çıxdılar - Yayda yoxa çıxan minlərlə xalçanın aqibəti necə olacaq? VİDEO

Bu gün, 16:14           
Bu şirkətlərdə fırıldaqçı çıxdılar -  Yayda yoxa çıxan minlərlə xalçanın aqibəti necə olacaq? VİDEO
Xalçalarını yudurtmaq istəyən minlərlə sakin dələduzluqla üzləşib.

TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, üç xalçayuma şirkəti vətəndaşları aldadaraq, əvvəlcədən ödəniş etmək şərtilə məhsulları yığıb.

Onlara xalçaların steril və etibarlı şəkildə yuyularaq geri qaytarılacağı sözü verilib, qaimələr təqdim olunub:

Lakin bir müddət sonra şirkətlər də, xalçalar da yoxa çıxıblar.

Sonradan vətəndaşların yaydan bəri yoxa çıxan xalçaları paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə tapılıb.

Vətəndaşların dediyinə görə, bu anbarlar eyni sahibkara məxsus "Ay xalı", "555" və "Xalça plus" şirkətlərinin ortaq deposudur. Təhvil verilməyən bütün məhsullar burada yığılıb. Əlində qaiməsi olan vətəndaşlar gəlib 10 minə yaxın xalçanın içərisindən özlərinə aid olanı axtarırlar.

Məsələ ilə bağlı polis orqanına vətəndaşların müraciəti daxil olub, araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]