ABŞ Məxfi Xidmətinin əməkdaşları Ukraynaya gizli səfəri: Məqsəd nə idi?

Bu gün, 16:44           
ABŞ Məxfi Xidmətinin əməkdaşları Ukraynaya gizli səfəri: Məqsəd nə idi?
ABŞ Məxfi Xidmətinin əməkdaşları pilotsuz uçuş aparatlarından (PUA) istifadə üsullarını öyrənmək üçün Ukraynaya səfər ediblər.

"CBS News" telekanalı xəbər verir ki, bu barədə xiddmətin direktor müavini Metyu Kuinn bildirib.

"Komandalarımız oradan iki həftə əvvəl qayıdıblar", - deyə o, Ukraynadakı münaqişə zamanı PUA-lardan istifadənin mütəxəssislərə hansı dərsləri verdiyi barədə suala cavabında bildirib.

"Onlar hadisələrin ön cəbhəsindədirlər. Bu texnologiyaların bizim ölkəmizə də çatacağını bilirik. Buna görə də həmin təcrübədən proqramımızı formalaşdırmaq və təhlükə burada yaranmazdan əvvəl ona hazırlaşmaq üçün istifadə edirik", - Kuinn əlavə edib.

ABŞ Məxfi Xidmətinin direktoru Şon Karran ABŞ ərazisində PUA-larla hücumların mümkün olub-olmadığı barədə suala cavabında belə bir ehtimala "hazırlaşmağın zəruri olduğunu" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]