Münhen: Tarixdə görünməmiş Qeyri adi zəngli saat.
Bu gün, 11:54

Münhenin New Town Hall (Məclis evi- Hökümət evi) bu gün Münhen şəhər hökumətinin nümayəndələrinin yerləşdiyi neo-qotik üslubda tikilmiş bir binadır. Möhtəşəmliyi və sənətkarlıq üslubu ilə ona baxan hər kəsi heyrətə gətirir.
Yeni bələdiyyə binası 1867-1908-ci illərdə tikilmişdir. Hündürlüyü 85 m olan qüllə ilə kərpic və daşdan ibarət bütün kompleks altı həyət ətrafında toplanıb. 85 m hündürlüyü olan bələdiyyə binası liftlə təchiz olunub və turistlər üçün açıqdır. Bu quruluşun tacı qüllənin şillərindəki “Münhen körpəsi” fiquru ilə bəzədilib, o, İncili sol əlində tutub və sağı ilə şəhərə xeyir-dua verir.
Təxminən 100 m uzunluğunda olan binanın nəhəng fasadı Bavariya hersoqlarının və krallarının, əfsanəvi personajların və müqəddəslərin fiqurları ilə zəngin şəkildə bəzədilmişdir.
Memarlıq sadəcə heyrətamizdir və bələdiyyə binasının ölçüsü olduqca təsir edicidir, ərazinin çox hissəsini tutur.
Bələdiyyə binasının mərkəzi qülləsində 15 dəqiqəlik bir tamaşa nümayiş etdirən zəngli saat var. Hər gün bələdiyyə binasının 43 zəngi çalınmağa başlayır, pəncərələr açılır və 32 insan boyda fiqur Marienplatzda baş verən şəhər həyatından səhnələri canlandırmağa başlayır.
2007-ci ildə Münhen sakinlərinin 660.000 € məbləğində ianələri, habelə yerli büdcədən 90.000 € məbləğində vəsait hesabına 100 ildə ilk dəfə yenidən bərpa edilib. Xüsusilə, mexanizm günəşin enerjisindən istifadə etmək üçün yenidən qurulub və fiqurlar, zənglər yeni rənglər və tonlarla parıldadılıb.
Esmira ŞÜKÜROVA

