Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Bu gün, 08:44           
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

"İran diplomatiya yolunu hələ də müsbət qarşılayır, lakin danışıqlarda irəli sürülən tələblər realist olmalıdır. Ölkəni müdafiə etmək və müharibəyə girmək hazırlığı, danışıqlara olan hazırlıqdan az deyil", - o bildirib.

Nazir müavinin sözlərinə görə, İranın yeddi günlük atəşkəs planı barədə ABŞ-nin mövqeyinə cavab hələ də nəzərdən keçirilir:

"Yekunlaşdırıldıqdan sonra vasitəçilər vasitəsilə qarşı tərəfə bildiriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]