Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i

Bu gün, 11:17           
Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i
Şəmkir Kommunal Müəssisəsi Kombinatı tərəfindən nəqliyyat vasitələrinin cari təmiri və sürtkü materiallarının satın alınması həyata keçirilib.

32gun.az-ın verdiyi məlumata görə, tenderin qalibi "Avera Company" Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 49.524,5 AZN məbləğində müqavilə bağlanıb.

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 22 ünvanında qeydiyyatda olan və qanuni təmsilçisi Aytən İsgəndərova Məhəmməd qızı olan bu şirkətin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir.

Birbaşa Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Rəşad Tağıyevin və icra hakimiyyəti rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərən Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Alışan Yusifovdur.

Xatırladaq ki, vaxtı ilə Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Alışan Yusifovun birbaşa vəzifə borcu rayonun təmizliyinə nəzarət etmək olduğu halda, videoda kriminal aləmlə bağlı sualları şərh etməsi diqqət çəkmişdi. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu görüntülər sakinlər tərəfindən rayonun mövcud kommunal problemləri fonunda ironiya ilə qarşılanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]