Rusiya və ABŞ şirkətləri dizel tədarükü ilə bağlı danışıqlar aparırlar

Bu gün, 11:43           
Rusiya və ABŞ şirkətləri dizel tədarükü ilə bağlı danışıqlar aparırlar
"Rusiya və ABŞ şirkətləri artıq dizel təchizatı ilə bağlı danışıqlar aparırlar".
APA xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

O qeyd edib ki, dizel ixracının başlaması Rusiyanın daxili bazarına zərər verməyəcək, kənd təsərrüfatı məqsədləri üçün də kifayət qədər yanacaq olacaq.

Novak vurğulayıb ki, neftin qiyməti təxminən iki dəfə artıb və Rusiyadan əlavə tədarük bazarın sabitləşməsinə kömək edəcək: "Rusiya əvvəllər olduğu kimi, potensial olaraq ayda 3,5 milyon tona qədər dizel yanacağı tədarük edə bilər Rusiyadan əlavə dizel tədarükləri qlobal bazarda təklif və tələbin qismən balanslaşdırılmasına kömək edəcək".

Novakın sözlərinə görə, neft qiymətlərinin artması daha çox nəqliyyat xərcləri və nəqliyyat vasitələrinin çatışmazlığı ilə bağlı olub.

"OPEC+ nazirləri Hörmüzdəki vəziyyətə görə gündə 6-7 milyon barel enerji ehtiyatlarının qlobal bazara daxil olmadığını qeyd ediblər", - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]