XVI əsr Hindistanında döyüşlərdə istifadə olunması məqsədilə atlara fillərin xortum və qulaqlarını xatırladan süni əlavələr taxılırdı.
Bu gün, 12:14
XVI əsr Hindistanında döyüşlərdə istifadə olunması məqsədilə atlara fillərin xortum və qulaqlarını xatırladan süni əlavələr taxılırdı. Belə atlarla qarşılaşan düşmən döyüş filləri onları fil balası hesab edərək irəliləməkdən imtina edir və ya geri çəkilirdilər... Bu taktikadan istifadə edən ən məşhur tarixi şəxsiyyətlərdən biri Maharana Pratap olub. Onun Çetak adlı əfsanəvi atına da Haldiqati döyüşündə (1576) düşmən fillərini çaşdırmaq üçün belə bir xortum maskası taxılmışdı... Umid İman