Ağrı dağında alpinistlər uçqundan son anda xilas oldular - Video

Bu gün, 16:24           
Ağrı dağında alpinistlər uçqundan son anda xilas oldular - Video
Türkiyənin Ağrı dağında zirvəyə qalxan alpinistlər 4 200 metr yüksəklikdəki düşərgədə olarkən qaya uçqunu ilə üzləşiblər.

NTV telekanalı xəbər verir ki, dik yamaclardan qopan nəhəng qaya parçaları düşərgə istiqamətində yuvarlanmağa başlayıb.

Təhlükəni görən alpinistlərdən biri ucadan qışqıraraq dostlarını xəbərdar edib. Digər alpinistlər dərhal təhlükəli ərazidən uzaqlaşaraq faciədən son anda xilas olublar.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]