Qəlbində Allah eşqi (vəya qorxusu) gəzdirməyin başı örtülümü, açıqmı olmağa bir aidiyyatı varmı?
Bu gün, 15:38

Qəlbində Allah eşqi (vəya qorxusu) gəzdirməyin başı örtülümü, açıqmı olmağa bir aidiyyatı varmı?
Təcrübə: yoxdur, deyir.
Ona qalsa İslam ölkələrində hər çeşid (!) qadın hicablıdır. Açmasını demirəm, eldən ayıbdı...
Və...
Türkiyədə, ötən yaxın günlərdə başıbağlı bir bacımız milyon-milyon liralıq fırıldaqla Borsanı dolandırdı. Daha doğrusu üstü yeni açıldı. Neçə evlər yıxıldı, gözyaşları sel oldu, umudlar daşa dəydi...
Son parasını - qazanc üçün çapalayanlar - borsaya qoyanlar iflas oldu. `İflas` quru sözdü, yerlə yeksan oldular, bitdilər...
Bu çoxmilyonluq oğurluğun görünən bir üzü vardı, başıbağlı, yəni Allahdan qorxub hicab taxan bacımız.
O başı bağlı bacımız bir vaxtlar Ərdoğanın yardımçısı olub, sonra çox yuxarı yerlərə çıxıb (deyirlər, haqq etmədən), əli hər zaman ilk dairənin ətəyində olub... milyonları - xalxın pulunu sirk ustası kimi yanar dairələr şəklində o yana-bu yana fırladıb...
Hicab gözbağlıcası...
Başı bərk-bərk bağlıdır... çünkü inanclıdır... imanlıdır... Allah adamıdır... soruşsan halaldan, haramdan masterklass keçər...
Belələri indi hər yerdə var... başı da bağlı, qəlbi də bağlı... dili şah arşını...
Elə özüm özümə sual verirəm, beləsi Allaha inanarmı?
Allahın hicabdan öncəki şərti halallıq, dürüstlük, haqqı nahaqqa verməmək deyilmi?
Hər hicablı fırıldaqçının Allahı olarmı?
Törətdiyi dolandırıcılıqlar (əlbəttə, sahiblərinin əlbirliyi ilə) nə evlər yıxıb, nə ailələr dağıdıb deyirlər... amma başı bərk-bərk bağlıdır, bir teli belə görünmür...
Əlbəttə tək yeməyib, hətta indi iman küpü olan sarayı təhdid edir ki, açaram sandığı tökərəm pambığı... alqış, vallah, həm haramdı, həm cəsur...
Yəni sözümün canı odur ki, baş sizin, örtük sizin... istəyirsiniz bağlayın, istəyirsiniz açın. Amma əmin olun, əxlaq, iman, abır, örtük qadının (elə kişinin də) ruhunda olur cismində olmur.
Başını bağlayıb millətə kəf gələn, kəf gəlmək üçün başıbağlı olması şərt olan toplumlarda... Allahdan, İslamdan danışmasalar, Vallah, Allaha xoş gedər...
`İnşaallah`, `maşaallah` sümürgəçilərinin əlində aciz qalıb İslam...
Dinimiz əsir düşüb...
Amma danışırlar və utanmadan danışırlar, çünkü inanmırlar. İnansalar qorxarlar, danışmazlar, haram etməzlər, fırıldaq gəlməzlər, oğurlamazlar, xalqın, dövlətin malını yeməzlər... deyərlər, Allah görür...
Əlbəttə, siyasətə, işğala, oğurluğa, fırıldağa alət olan örtüyə yazıq...
Elə məşum bir alətə çevrilib ki, daha doğrusu, elə bir dəyənəyə çevrilib ki... İslam yarlığı daşıyıb iman deyil, hicab davası çəkənlər bir yana... Avropalar, Amerikalar belə əleyhimizə faydalana bilir...
Düşmən, istər müsəlman, istər isəvi, istər musəvi ... zəif yerimizi görüb...
Nə deyim... güclü vasitədir... istənilən səmtə yön edə bilirlər...
Mehriban Vezir
TEREF

