Telefondan eyni vəziyyətdə uzun müddət istifadə etməyin fəsadları açıqlandı

Bu gün, 17:18           
Telefondan eyni vəziyyətdə uzun müddət istifadə etməyin fəsadları açıqlandı
"Başıaşağı vəziyyətdə smartfonda uzun müddət xəbər lentini oxumaq boyun əzələlərində gərginliyə, başağrılarına və çiyinlərdə sıxılma hissinə səbəb ola bilər".

Bunu rusiyalı həkim-nevroloq Yekaterina Buşuyeva RT-yə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, telefondan istifadə edərkən insanlar adətən başını önə əyir və uzun müddət hərəkətsiz qalırlar.

"Bu vəziyyətdə boyunun arxa səthindəki əzələlər başı daim saxlamaq məcburiyyətində qalır ki, bu da onlara düşən yükü artırır. Davamlı gərginlik kürəklər arasında ağrı, boyunun hərəkət məhdudiyyəti və ənsədən gicgahlara və ya alına doğru yayılan baş ağrıları yarada bilər. Bununla belə, smartfondan istifadə özlüyündə fəqərələrin dağılmasına və ya yırtıqların əmələ gəlməsinə gətirib çıxarmır.

Yükü azaltmaq üçün telefonu göz səviyyəsinə qaldırmaq, dirsəkləri isə mümkünsə stola və ya kreslonun qollarına söykəmək lazımdır. Ən əsası bir vəziyyətdə qalmamaq və onu müntəzəm olaraq dəyişdirməkdir", - deyə nevroloq məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]