Danimarkada müəllimlərə şagirdlərlə bağlı əlavə səlahiyyətlər verilə bilər

Bu gün, 17:44           
Danimarkada müəllimlərə şagirdlərlə bağlı əlavə səlahiyyətlər verilə bilər
Danimarka parlamenti tərəfindən təsdiqlənməsi gözlənilən yeni qanun layihəsi müəllimlərə müəyyən şərtlər daxilində şagirdləri fiziki olaraq saxlamaq və ya iradələrinə qarşı onları sinifdən çıxarmaq səlahiyyəti verəcək.

DW xəbər verir ki, bu barədə Danimarkanın təhsil naziri Maqnus Heunike bəyanat verib.

Nazirin sözlərinə görə, bu tədbir şagirdlərin özləri və ətrafındakılar üçün təhlükə törətdiyi və ya sinifdə qaydaları ciddi şəkildə pozduğu hallarda tətbiq olunacaq. Bununla belə, söhbət heç bir halda cismani cəzadan getmir.

"Vəziyyət gərginləşəndə müəllimlər nə etməyə icazəli olduqlarına şübhə etməməlidirlər. Heç bir müəllim şiddətin və ya aqressiyanın qarşısını aldığı üçün işdən çıxarılmaqdan qorxmamalıdır", - deyə nazir vurğulayıb.

Qanun layihəsinin hazırlanmasına Danimarka məktəblərində destruktiv və aqressiv davranış hallarının kəskin artması səbəb olub. Danimarka Əmək Müfəttişliyinin keçirdiyi araşdırmaya əsasən, sorğuda iştirak edən müəllimlərin 25%-dən çoxu şagirdlərin bu cür aqressiv rəftarı ilə daha tez-tez qarşılaşdıqlarını bildirib. Tədqiqat həmçinin göstərib ki, təxminən hər beş sinifdən birində zorakılıq halları birbaşa müəllimlərə qarşı yönəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]