Qüdsdə Səfəvi şeyxinin türbəsi?! Məscidül-Əqsanın yanında Azərbaycan tarixinin itmiş izi üzə çıxdı

Bu gün, 17:54           
Qüdsdə Səfəvi şeyxinin türbəsi?!
Bəlkə də çoxlarının bilmədiyi, amma tarixi mənbələrdə izi açıq şəkildə görünən mühüm bir fakt: Qüdsdə, Məscidül-Əqsanın şərq divarının yaxınlığında Səfəvi şeyxi Şeyx Xacə Əli Ərdəbilinin türbəsi yerləşir.
Şeyx Xacə Əli Səfəvi 1427-ci ildə Ərdəbildən Həcc ziyarətinə yola çıxıb, Anadolu və Şamdan keçərək Qüdsə gəlib və burada vəfat edib. O, Bab əl-Rəhma qəbiristanlığında, Məscidül-Əqsanın yaxınlığında dəfn olunub. Orta əsr Qüds tarixçisi Mücərrədin əl-Üleymi onun dəfnindən, böyük günbəzli məzarından və müridlərinin ziyarət üçün buraya gəlməsindən bəhs edir.
Daha maraqlısı isə budur: türbənin üzərindəki daş kitabə Şeyx Əlaəddin ibn Əbu əl-Həsən Əli əl-Ərdəbilinin burada dəfn edildiyini və türbənin sonradan Osmanlı dövründə yenidən bərpa edildiyini bildirir.
Bu gün isə əsrlər boyu tariximizi yaşadan həmin abidə baxımsız vəziyyətdədir və yox olmaq təhlükəsi ilə üz-üzədir.
Qüdsdəki bu türbə sadəcə dini abidə deyil — Səfəvi irsinin və Azərbaycan tarixinin Yaxın Şərqdəki izlərindən biridir.
Müəllif: Araşdırmaçı, yazar Vahid İbayev
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]