"SABAH"DAN TARİXİ ZƏFƏR! Bakıda "Slaviya"ya "diz çökdürdü" — VİDEO

Bu gün, 07:16           
"SABAH"DAN TARİXİ ZƏFƏR! Bakıda "Slaviya"ya "diz çökdürdü" — VİDEO
UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi "Sabah" II tur çərçivəsində möhtəşəm qələbəyə imza atıb.

Musavat.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" (Praqa) klubunu qəbul edən təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

Matçın ilk hissəsində Kahim Parris-in vurduğu qol cüzi ofsayd səbəbindən ləğv olunsa da, "Sabah" ikinci hissədə üstünlüyü tamamilə ələ alıb. 49-cu dəqiqədə Parris yenidən səhnəyə çıxaraq komandamızın Çempionlar Liqasının liqa mərhələsindəki ilk tarixi qolunu vurub. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Coy-Lans Mikels son nöqtəni qoyaraq qələbəni rəsmiləşdirib.

Bu nəticə ilə "Sabah" Çempionlar Liqasının liqa mərhələsindəki ilk tarixi qələbəsini və 3 xalını qazanıb.
"Sabah" - "Slaviya" — TAM VİDEO














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]