Ön Türklərin Azərbaycanda Ulubağ - Lulubey - Lulubi dövləti, m.ö. III minillik.
Bu gün, 08:14

Azər (Odər) xalqının qədim Azərbaycanda (Odərbağdayda) ən azı 6 min il əvvəl yaratdığı UluBağ Tayfa Birliyi mənbələrin verdiyi məlumatlara görə m.ö. III minilliyin ortalarında dövlətə çevrildi. UluBağ adının Akad yazılı mənbələrində əksər tarixçi alimlər** ***Lu-lu-biki***** "Lullubi ölkəsi**” **kimi oxuyurlar. Bəzi tarixçi alimlər ilkin formasına biraz daha yaxın Lulubey kimi olduğunu yazırlar.** **Bir çoxları isə Lullu-Lulu (Ulu) kimi qeyd edirlər. UluBağ sözü və yaxud adı indiki dilimizdə işlətdiyimiz Ulu Tanrı mənasındadır. Bildiyimiz kimi Ulu- ali, uca, qədim mənasındadır. Dəfələrlə izah etdiyim kimi. Azərlərin (Odərlərin) ən qədim olan Azərbaycanın (OdərBağdayın) əsas inancı Bağ (İnsanı kaianata, insanı- insana bağlayan mənasındadır.) sonralar təhrif olunaraq Baq- Boq- Bay- Bey- Bəy şəklini almışdır. Bunu tarixçi alimlərin çoxu qəbul etməsələrdə öz yazdıqları əsərlərdə dolayısı ilə təsdiq edirlər. Ulu Bağ ölkəsi yəni uca bəylər-insanlar mənasına gəlir. Tarixçi alimlər mənbələrdən bu sözün uca mənasına gəldiyini bildirirlər, ancaq yüksək yer, dağ və yaxud Aratta (ƏrAta) ölkəsinin adı kimi dağlıq ölkə mənasında sizah etməyə çalışırlar. Bağ sözünün düzgün mənasını dərk etmədən Azərbaycan tarixini yazmaq və həqiqəti dünyanın qəbul etdirmək çox çətin olacaqdır. Azərbaycan adının Odərbağday adından yaranmasını qəbul etməmək tariximizi anlaşılmaz bir şəklə salır. Dövlətimizin Vatikan kilsələrini bərpa etmək əsasında əldə olunan məlumatlar subut edir ki, Adərbayqan, Atropatena və Azərbaycan adımız məhz ən qədim variantı olan OdƏrBağday adından yaranmışdır. Tarixi məlumatlar subut edir ki, Atropatena məhz Adərbayqan adı əsasında Strabon tərifindən yazdığı əsərində yunancaya tərcümə olunmuşdur. 11-ci kitabda Qafqaz, o cümlədən Qafqaz Albaniyası, Atropatena və Azərbaycan ərazisi haqqında mühüm məlumatlar ehtiva edib və bu qeydər orada ilkin variantında aşkar olunmuşdur.**
“**E.ə. III minilliyin ikinci yarısında İki- çayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə. XXIV - XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına, yəqin ki, nisbətən sonrakı dövrdə siyasi səhnəyə çıxmış su və turukki tayfaları daxil idilər. E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfalan dövləti yarandı. Lullubum (lullubi) dövləti cənubi Azərbaycanın erazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. Lullu dilinin kassi və elam, o cümlədən Qafqaz dilləri ilə qohum olması mülahizəsi ortaya atılmış, lakin bunu sübut edən dəlillər gətirilməmişdi. Bu mülahizələri irəli süıən be’zi keçmiş qərb alimləri qədim dövrdə türk amilinin varlığına biganə yanaşmışlar. Ona görə də qədim qaynaqlarda türk ünsürlərinin araşdırılması leng gedirdi. Lullular Ön Asiya ölkələrində igid, döyüşkən və şücaətli bir etnos kimi tanınmışdır.**”**(Akad. Ziya Bunyadov. Azərbaycan Tarixi.)**
** “Eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda kuti tayfaları ilə birlikdə lullube tayfaları güclənmişdi. Cənubi Azərbaycan ərazisində Kuti Tayfa İttifaqı ilə bərabər dövrünün nüfuzlu tayfalarından olmuş Lullubelər də Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında güclü tayfa birliyi yaratmışdılar. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. E.ə. XXIII əsrdə lullube (lullu) tayfaları Diyala çayının yuxarı axarında Urmiya gölünə və onun cənubuna doğru uzanan ərazilərdə yaşayırdılar. Lullubi tayfalarının məskunlaşdığı ərazi müasir Süleymaniyyədən şərqdə, Sənəndəclə Urmiya gölü arasındakı ərazi olmuşdur. E.ə. III min illiyin son əsrlərində, Diyala və Kiçik Zab çaylarının başlanğıcından şimal-şərqə doğru, Urmiya gölünə qədər ərazilərdə yaşayan çox güclü tayfalardan idilər. Lullubi tayfa ittifaqına su və turukki tayfaları da daxil idi. Lullubelər məskunlaşdıqları ərazilərin qərbində yerləşmiş vilayətləri də tutmuş, əvvəllər kutilərə məxsus olmuş ərazilərin böyük hissəsinə də sahib olmuşdular.** **Mixi yazılarda Lullular haqqında verilən məlumatlar 1500 illik dövrü əhatə edir.” (Tarixçi Alim, Məhəbbət Paşayeva. Azərbaycan Tarixi.)**
** “Lullubi hökmdarı Anubanininin e. ə. XXII əsrə aid kitabəsində Akkad dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çan öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Bu yazı əsasında müəyyən olunmuşdur ki, Lullubi hökmdan Anubaniniyə tabe olan torpaqlar Urmiya gölündən Diyala çayının orta axannadək uzanırdı. Yazıda «Yuxarı Dəniz» və «Aşağı Dəniz» in qeyd olunması göstərir ki, hökmdar Anubanini Urmiya gölündən İran körfəzinə qədər olan ərizilərə iddia ilə çıxış edirdi.”( Tarixçi Alim, Mehman Abdullayev. Azərbaycan tarixi.)**
** “Biz qədimdən bu günə hərəkət edərək deyirik ki, Urmiya gölündən şərqə doğru Zəncana qədər, cənuba doğru Həmədana qədər, qərbə doğru Süleymaniyə-Kərkük xəttinə qədər əcdadlarımız yaşayıb, bu günümüzdən üzümüzü qədimə doğru tutub bildiririk ki, həmin ərazilərdə bu gün Azərbaycan türkləri yaşayır. Deməli, beş min ildir ki, eyni etnos eyni ərazidə yaşayır və eyni ərazi eyni etnosa aiddir. Lullubilər dövrünə aid digər abidələr indiki İranın Persepol və Suz şəhərləri arasındakı ərazilərdə də tapılıb. Bu abidələrdə Şumer mədəniyyətinin təsiri hiss olunur . Bu mənbələr həm dövlətin qələbələrindən, həm də əhatə etdiyi ərazilərdən xəbər verir. Lullubi sülaləsinin dövründə də Azərbaycanda lullubilərlə yanaşı, turukki, su, həmçinin ikiçayarasından vətənə qayıtmış şumer soyları birlikdə yaşayır, əhalinin əsas hissəsini təşkil edirdilər.”(Tarixçi Alim, Akif Nağı. Azərbaycan tarixi.)**
** “Tarixçilər doğru olaraq, qeyd edir ki, «Lullubum (Lullubi) dövləti Güney Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət qurumu idi». Arattadan sonra m.ö. XXIII əsrdə Urmu gölündən gü neydə lulu boylarının adı ilə ortaya çıxan bu ikinci türk elinin coğrafi sınırları, müxtəlif savaşlarda iştirakı, bir neçə elbəyinin adı və etnik tərkibinə aid xeyli bəlgə olduğu halda, bunu kifayət saymayan Q. A. Melikişvili yazır: «Baxmayaraq ki, asur-babil qaynaqları iki minil boyunca (III minilin ortalarından I minilin ortalarına qədər) lulubiləri xatırladır, onların tarixi haqqında bilgimiz çox azdır». Doğrudur, asur-babil qaynaqları lulu boyundan yalnız m.ö. I minilin ortasınacan bəhs edir, çünki həmin bitmə tarixi lulu boylarının yox, I minildə lulular haqqında bəzi bəlgələr verən het, hurri-urartu və asur-babil qaynaqlarının bitmə tarixidir. Lulu boyları isə həmin adla həm Atayurdlarında, həm də doğuya köçən digər türklərlə birlikdə gedib yerləşdiyi bölgələrdə bugün də yaşayır.**
** Elmi ədəbiyatda lulu sözünün mənası və mənşəyi haqqında ayrı ayrı fikirlər söylənsə də, hələlik onun etimoloji yozumu aydın deyil. Hər şeydən öncə bunu deyək ki, adın ilk lu- hissəsi bu sözün türkmənşəli olmadığını göstərir. Tarixçilərin lulu etnonimi haqqında «Azərbaycan əhalisinə kənardan verilən addır» - deməsi, doğru fıkirdir.**
** Lulu adının etnoqrafik özəlliyi Lulu elinin coğrafi hüdudlarını dəqiq müəyən etməyə çətinlik törətsə də, mətnin tekstoloji təhlili bəzi sınırların hüdudunu təyin etməyə imkan verir. Belə ki, güneydə kassilərlə qonşu olan lulu adlı boyların aşağı sınırı Luristanda olub, quzey sınırı Urmu höv zəsini əhatə edir. Batı sınırı İ. M. Dyakonovun qeyd etdiyi kmi, Sumurruadlanan indiki Altın-körpü bölgəsini içinə alır. Lulu Elinin doğu sınırı haqqında isə yazılı qaynaqlar bəlgə vermir. Bunu da yalnız o dövrün arxeoloji kulturu ilə müəyən etmək olar. Sonralar asur orduları lulu ərazilərinin iç bölgələrinə girdikcə, artıq asur qaynaqları II Sarqonun yazısında «Zamua adlanan lulume ölkəsi» deyildiyi kimi, tanış olduqları yeni adlar verir və lulu adının işlənməsi get-gedə azalır. Bu sadalanan səbəblərə görə, m.ö. XXIII əsrdəki olaylardan danışarkən, şərti olsa da, «Lulu eli» deyimini işlətmək zorundayıq. Lulu adı ilə qurulan el, təbii ki, yalnız yarımköçəri lulu boylarının qurduğu dövlət deyildi, bu elin ərsəyə gəlməsində subar, turuk, kuman və sair boylar, özəlliklə, qut boyları yaxından iştirak etmişdir.**
** «Azərbaycan tarixi» kitabında Lulu və Qut elinin xronologiyası bir-birinə qarışmışdır. Belə ki, ilk lulu elbəyinin hakimiyət ili 2230-dan, ilk qut elbəyi Enridavazirin hakimiyəti isə bu tarixdən cəmi beş il sonra (2225) verilmişdir. Bu xronoloji hesabdan belə çıxır ki, eyni ərazidə iki qüdrətli dövlət eyni çağda mövcud olmuşdur. Aydın görünür ki, burada xronoloji ardıcıllıq pozulmuşdur, çünki lulu və qut boylarının eyni etnik toplum olduğunu bir kənara qoysaq belə, Qut imperiyası daxilində, özü də tam onun mərkəzində eyni çağda Lulu eli mövcud ola bilməzdi. Qut elinden sonra Lulu elinin yarandığını söyləmək mümkün deyil, çünki qaynaqlar Qut elindən sonra bir çox lulu-qut bölgəsinin artıq Sumerdə güclənmiş III Ur sülaləsinin əlinə keçməsini və 2109-da dağlıların (lulu-qut) hakimiyətinə son qoyulmasını vurğulayır. Qaynaqdan bu da bəllidir ki, lulularla vuruşmuş akadlı Naram-Suen (2236-2201) sonralar Qut elbəyi Enridavazir ilə döyüşdə ölmüşdür. Bu ipucu öncə Lulu, sonra Qut elinin yarandığını ortaya qoyur.**
** Hələ Aratta çağından məlumdur ki, Güney Azərbaycan əhalisi arasında sumercə İnanna adı ilə verilən tanrıcanın tapınağı vardı. Anubani yə aid qayaüstü rəsmdə də bu tanrıcanın şəkli çəkilmiş və akadca adı (İştar) yazılmışdır. Barelyefin ümumi kompozisiyası Qut elbəyinin zəfər qazanmasına İnanna-İştar tanrıcanın yardımını vurğulayır. Buradakı yazı da deyilir: «Anubanini, qüdrətli elbəy, Lullubi elbəyi özünün və İştar tanrıcanın rəsmini Batir dağında həkk etdi, bunu dağıdanı Anu və Anat, Bel və Bellit, Adad və İştar, Sin və Şamaş tanrılar cəzalandıracaq». Türklərdə Göy, Gün, Ay, Ulduz kultlarının varlığı və «Oğuznamə» dastanlarında Oğuzxan oğullarının adında bunların Gün-xan, Ay-xan, Ulduz-xan şəklində görünməsi lulu kosmonimlərinin mənşəyi baxımın dan diqqəti çəkir. Güney-Azərbaycanda İştar-İnanna tanrıca adının yerli dildə qarşılığı bəlli olmasa da, lulu boylarının dilində kiur iyə adı vardı. Asur yazısında «tanrı» kimi verilən bu Kiur, urartu yazısında Quera tanrıadı kimi qeyd olunur. Bu tanrı-iyənin «ildırım iyəsi» olub, hunlarda Quər şəklində işlənməsi M. Kalankatlının «Alban tarixi» kita bından bəllidir.**
** Lulu bəylərinin barelyefində onların qurşaqdan aşağı yüngül tunik (don) geydiyi görünür. Biri kəmərin altına bıçaq, digəri balta keçirmişdır. Hər ikiksinin boynundan muncuq asılıb və başlarında kəmərli papaq vardır. Anubaninin ayağında yüngül başmaq aydın seçilir. Onun başı üzərində görünən səkkizguşəli ulduz İştarın emblemi ola bilər. Lulu geyimi gələ nəksəl olaraq, Mana və Mada çağının geyim kulturunda təkrarlanır. Naram-Suenin «zəfər» barel yefində lulu əsirlərinin gör kəm və geyimi aydın seçilir: Lulu və Qut dövlətləri dağılandan sonrakı, m.ö. II minilin əvvəllərinə aid qay naqdakı çoxlu lulubi bəyləri deyimi artıq lulu-qut boylarının kiçik bəyliklərə ayrıl dığını bildirir. Ola bilsin ki, Azərbaycanın müxtəlif böl gələrində Mana elinə qədər çoxsaylı bəyliklərlə yanaşı, kiçik dövlətlər də vaxtaşırı qurulub dağılmışdır. Belə ki, «bəylərbəyi» titulu daşıyan lulu elbəyi haqqında Boğazköy arxivində bəlgə vardır. Hurri dilində olan bu yazıda «İmmaşqun, Lulu ölkəsinin çarlar çarı» ifadəsi işlənmişdir. Bu elbəy müəyyən çağda lulu, qut, turuk, kuman və ya başqa boyların Lulu ölkəsində birləşmiş qüvvələrinə «çarlıq» etsə də, bu dövlət haq qında qaynaqlarda əlavə məlumat yoxdur. Lulu elinin ömrü az oldu, lulu boylarının tarix boyu qoyduğu izlər isə günümüzəcən yaşadı. Belə ki, hun sülaləsi adında görünən lulu adını Anadoluda bəzi yarımköçəri boylar daşımışdır. Bu gələnək Azərbaycanın müxtəlif guşələrində işlənən yer-yurd və şəxs adlarında davam etmişdir. ”(Prof.Dr. Firudin Ağasıoğlu. “Doqquz Bitik”)**
** “Lulubilərin etnik mənsubiyyəti daha çox elammənşəli hesab edilirdi. Lakin Y.Yusifov bu fikri təkzib etmiş və lulubilərin digər türk mənşəli etnoslar kimi Ön Asiyada e.ə. III minillikdən yaşadığını qeyd etmişdir. Lulubilərin hökmdar adları məlumdur. Lakin bu adlar semit mənşəli akkad dilində yazıldığına görə çox təhrif olunmuşdur. Həm də ki, lulubi hökmdarlarının adları əsasən teofor adlardır və bu adlarıdakı tanrı adları da bəzən akkad mənşəlidir. Məsələn: Lullubi hökmdarı Satuninin (e.ə.XXIII əsr) adının şumercə "sa"-ürək,"Utu"- günəş tanrısı mənasını verirdi; İmmaşquşun (e.ə.XIII əsr) adı şumercə "ama"-ana (güman ki, ilahə nəzərdə tutulur) və akkadca " işqun", yəni "ölçüb biçmişdir" sözlərindəndir.”(Vikipediya)**
**İ.M.Dyakonov yazır ki, lulubilərin dilində kin, kinq sözü qala mənasında idi və bu söz həmin mənada kassilərin də dilində mövcud idi. Kin, Kinq sözünün həm lulubilərdə, həm də kassilərdə olması onların etnik cəhətdən qohumluğuna işarə edən faktdır.(Ensiklapediya)**
** “E.ə. II minillikdə vahid Lullubum dövləti parçalanır və yerində xırda hakimiyyətlər yaranır. Qaynaqlar bu dövrün başlanğıcında «çoxlu lullubi hökmdarları» ifadəsini işlətmişdi.Bu tayfalar e.ə. III - II minilliklərdə və sonra qədim Azərbaycanın sakinləri kimi yad edilirlər. Lullular-Arattanın ərazisində yaşayırdılar. Qaynaqlarda lullu adı - bi, -mi şəkilçiləri vasitəsi ilə də işlədilir. Lullu ittifaqına daxil olan hər bır tayfanın öz adı vaımış. Bunlardan turukki və su adları mə’lumdur. Belə təəssürat yaranır ki, lullubi Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad olmuşdur. E.ə. III - II minilliklərdə lullu bnr etnosa verilən ad deyilmiş. Lullu tayfa ittifaqı biri digəri ilə dil və etnik cəhətdən qohum olan və ayn-aynlıqda etnik ada malik olan prototürk (erkən türk) etnoslannı əsasən birləşdirmişdi. Lullu tayfa ittifaqına daxil olan qohum etnoslardan biri turukkilər olmuşlar. Onlar Urmiya gölünün cənubunda keçmiş Aratta ölkəsinin erazisində yaşayırdılar. Lullu dövləti süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasi qüvvə kimi çıxış etməyə başladılar.” (Akad. Ziya Bunyadov. Azərbaycan Tarixi.)**
** Tarixçi Alimlər bütövlükdə və tam etiraf etməsələr də onların ayrı-ayrılıqda qeyd etdikləri mənbələrdəki məlumatlar onu deməyə əsas verir ki. Elam (Olam), Aratta (ƏrAta), Sumer-Şumer (ŞumƏr). həmçinin Lulubbi (UluBağ) ölkələrinin əhalisi İsa Muğanna qeyd etdiyi kimi ən qədim Azər (Odər) xalqının varisləri yəni Öntürklər olmuşdur.**
**İstifadə olunan mənbələr.**
**1.Akad. Ziya Bunyadov. Azərbaycan Tarixi.2014.**
**2. Prof.Dr. Firudin Cəlilov. “Doqquz Bitik”**
**3. Tarixşi Alim, Məhəbbət Paşayeva. Azərbaycan tarixi.**
**4. Tarixi Alim, Mehman Abdullayev. Azərbaycan tarixi.**
**5. Tarixi Alim, Akif Nağı. Azərbaycan tarixi.2024.**
**6. Yazıçı İsa Muğanna. “İdeal” və digər əsərləri.**
**7. Ensiklapeiya və Vikipediya.**
Təvəkgül Nəbioğlu



