"GİZLƏN Kİ MƏN SƏNİ GÖRƏ BİLİM"
Bu gün, 11:45

Dünyada ən böyük dəyər müstəqil və azad düşüncənin qələbəsidi məncə!
Allahlar olan yerdə allah olmadığı kimi,azadlıq başına tac qoyub taxta oturanda azadlıq da bitir!
Taxt-tac varsa, azadlıqdan söhbət gedə bilməz!
İslam ərəb əxlaqından , tabularından, mədəniyyətindən doğan inanclar sistemidi.
Balaca qız cocuqlarına qarşı öz çirkin ehtiraslarını gizədə bilməyən ərəblərin yaratdıqları bir düzməcədi hicab!
Belə çıxır ki, hicabsız gəzən bütün qadınlar əxlaqsızdır?!
Bu gün hicab , sabah 9 yaşında qızları yatağa sürükləmək!
Ona doğru getmirikmi?!
Meydanda "yaşasın şəriət" bağıran hansı ağıldan kəm ,9 yaşındakı qızını bir. "kişiyə"
verər ki?! Ən sonuncu azərbaycanlı belə bunu eləməz!
Deməli məqsəd başqaı!
Azərbaycan dövlətçiliyinin qanunlarına zərbə endirmək, onu zəiflətmək , Azərbaycanı Əfqanıstanın, İranın, ərəb dünyasın gününə salmaq!
Buna yol verək olmaz!
Yetkinlik yaşına çatmamış, müstəqil mühakimə yürütmək gücündən məhrum qızcığazları bürünməyə məcbur eləmək
düzgün deyil!
Buraxın bu cocuqları öz uşaqlıq dünyalarını yaşasınlar!
Yetkinlik yaşına çatanda ən doğru qərarı onların özləri verəcəklər!
Bu ən doğu yoldu məncə!
Konfutsinin məhşur bir kəlamı var:
"Gizlən ki , mən səni görə bilim!"
Nə demək istədiyimi ,yəqin ki anladınız!
Rustem Behrudi

