Ağ Evin yeni mətbuat katibinə ilk gündən irad tutuldu

Bu gün, 10:16           
Ağ Evin yeni mətbuat katibinə ilk gündən irad tutuldu
Ağ Ev Keyti Zakariyanın ilk brifinqindən narazı qalıb.

Bu barədə "MS NOW" telekanalı məlumat yayılıb. Ağ Evin nümayəndəsi telekanala açıqlamasında Zakariyanın fəaliyyətini tənqid edib.

"Tribunanın arxasında dayanmaq asan deyil. Amma o, işə heç də yaxşı başlamadı. O, qısa müddətdə fəaliyyətini xeyli yaxşılaşdırmalıdır, əks halda Skaramuççinin rekordunu qıracaq", - deyə Ağ Evin nümayəndəsi bildirib.

Nümayəndə 2017-ci ilin iyulunda Ağ Evin kommunikasiya direktoru vəzifəsinə təyin edildikdən cəmi 10 gün sonra işdən çıxarılan Entoni Skaramuççiyə işarə edib.

Qeyd olunur ki, Zakariyanın ilk brifinqi 15 dəqiqədən az davam edib. O, cəmi üç suala cavab verdikdən sonra zalı tərk edib. Telekanalın diqqətə çatdırdığına görə, Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levittin brifinqləri adətən 30 dəqiqədən çox davam edirdi.

Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Keyti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]