Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ

Bu gün, 12:58           
Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Azərbaycan-Laos əməkdaşlığı, siyasi dialoq son vaxtlar yüksək səviyyədə inkişaf edir. Ötən əsrin sonlarında başlanan diplomatik təmaslar ötən illər ərzində qarşılıqlı maraq əsasında genişlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdı. Səfər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanların yaranmasına xidmət edirdi.

Ölkələrimiz arasında “Birgə Bəyanat”ın qəbul olunması və digər sənədlərin imzalanması onu deməyə əsas verir ki, artıq Azərbaycan Laos münasibətləri yeni əməkdaşlıq perspektivləri qazanır.

Bu səfər Azərbaycan-Laos münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə oldu.

Ölkələrimiz arasındakı münasibətlərdən danışan Prezident İlham Əliyev Laosu əbəs yerə dost ölkə kimi qiymətləndirmədi. Çünki otuz ildən artıqdır davam edən diplomatik əlaqələr qarşılıqlı hörmət və etimada əsaslanıb və bu gün də həmin prinsiplər üzərində inkişaf edir. Bu müddət ərzində siyasi dialoqun qorunması dövlətlərimiz arasında əlaqələrin möhkəmlənməsi üçün əlverişli zəmin yaradıb. Mövcud münasibətlərin genişləndirilməsi iqtisadi, ticarət və humanitar sahələrdə yeni perspektivlər açır.

Bundan başqa dövlətimizin başçısı Laosla Azərbaycan arasında siyasi əlaqələrin uzun illərdir uğurla inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdiyini bildirdi. İqtisadi və ticarət əlaqələrinin mövcud potensiala uyğun genişləndirilməsinin vacibliyini vurğulayan Prezident Bakıda keçiriləcək biznes-forumun bu istiqamətdə yeni imkanlar yaradacağına əminliyini ifadə etdi.
Prezident daha sonra təhsil, investisiya, mina təhlükəsi ilə mübarizə, nəqliyyat, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq perspektivlərinə toxundu. Laoslu tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi qarşılıqlı əlaqələrin inkişafı üçün vacib istiqamətlər kimi diqqətə çatdırıldı.

İlk növbədə nəzərə almalıyıq ki, Laos ölkəmiz üçün dost dövlətdir. Şübhəsiz ki, Laos Prezidentinin rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq. Bu səfər ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın genişləndirilməsində, gələcəkdə daha çox sahəni əhatə edən əlaqələrin qurulmasında böyük rol oynayacaq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]