Stomatoloji əməliyyat dəhşəti: Həkim diş çıxararkən pasiyentin çənəsini qırdı
Bu gün, 00:06

Sibirdə 26 yaşlı qadının dişi çıxarılarkən stomatoloq təsadüfən onun çənəsini qırıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Salexard şəhərində, pasiyentin planlı diş çıxarılması üçün klinikaya müraciət etdiyi zaman baş verib.
Əməliyyatı dairədəki yeganə çənə-üz cərrahı həyata keçirib. Prosedur zamanı həkim qəfil dişin daha əvvəl çıxarılıb-çıxarılmadığına şübhə edərək rentgen şəklinə baxmaq istəyib və bu vaxt koridora çıxaraq "Mən onun çənəsini qırdım!" deyə qışqırıb. Bundan sonra zərərçəkənə şinalama tətbiq edilib. Qadın başqa həkim çağırmağı xahiş etsə də, mütəxəssis növbətçi başqa həkimin olmadığını bildirib.
Ağır ağrılar səbəbindən axşam saatlarında yenidən xəstəxanaya qayıdan pasiyentə həmin həkim sadəcə ağrıkəsici iynə vuraraq evə göndərib. Sonradan başqa dairədə əməliyyat olunan qadının çənəsi titana bənzər xüsusi lövhələrlə bərpa edilib. Hazırda daimi ağrılardan əziyyət çəkən və normal qidalana bilməyən zərərçəkən, həkimin hətta onun anasının yanında "nə birincisiniz, nə də sonuncu" dediyini iddia edərək hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyindən araşdırma aparılmasını tələb edir.

