Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı

Bu gün, 00:02           
Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı
Azərbaycan klubları avrokubokların 2026/27 mövsümündə 14-cü qələbəsini qazanıb.

Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna təsadüf edib. “Sabah” öz meydanında Çexiya “Slaviya”sına iki cavabsız qolla qalib gəlib.

Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb.

Bunadək ən yüksək göstərici 13-ə bərabər idi. 2023/24 mövsümündə komandalarımız ümumilikdə 13 dəfə qələbəyə sevinmişdi. Cari mövsümdə “Sabah” 7, “Qarabağ” 4, “Zirə” 2, “Neftçi” 1 dəfə meydandan qalib ayrılıb.

Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5.625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24.187-yə yüksəlib. Bu, 24.125 xala malik İsraili keçmək üçün yetərli olub.

Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]