Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 11:45

Expressbank 2026-cı ilin 3-cü rübü üzrə maliyyə göstəriciləri açıqlayıb. Göstəricilərə görə bankın kapitalında 3.6%-ə yaxın artım olub.
Bankın cəmi aktivləri cari ilin 3-cü rübündə 725 milyon 447 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 58 milyon 707 min manat və ya 8,81% çoxdur. Aktivlərin artımına əsas töhfəni xalis kredit portfelinin 43 milyon 932 min manat, ticarət və investisiya qiymətli kağızlarının isə 19 milyon 639 min manat böyüməsi verib.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 54 milyon 918 min manatdan 47 milyon 748 min manata düşüb. Yəni, Expressbankın bu göstəricisi ötən ilin son rübü ilə müqayisədə 7 milyon 170 min manat və ya 13,06% azalıb.
Ticarət və investisiya qiymətli kağızlarının həcmi 19 milyon 639 min manat və ya 49.42 faiz artaraq 59 milyon 377 min manata bərabər olub.
Banklarda və digər maliyyə institutlarında yerləşdirilmiş depozitlər 6 milyon 59 min manatdan 9 milyon 307 min manata çatıb. Bu göstərici 3 milyon 248 min manat və ya 53,61% artıb. Banklara və digər maliyyə institutlarına verilmiş kreditlər isə 1 milyon 994 min manatdan 3 milyon 504 min manata yüksəlib. Ötən ilin sonu ilə müqayisədə Expressbankın artımı 1 milyon 510 min manat və ya 75,73% olub.
Kredit portfeli Artıb
Müştərilərə verilmiş kreditlərin ümumi məbləği ötən ilin 4-cü rübü ilə müqayisədə 549 milyon 713 min manatdan 592 milyon 364 min manata yüksəlib. Bu da 42 milyon 651 min manat və ya 7,76% artım deməkdir. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşüb. Bankın istehlak kreditləri 228 milyon 391 min manatdan 239 milyon 39 min manata çatıb. Yəni, 9 ayın yekununda 10 milyon 648 min manat və ya 4,66% artım olub. Eyni zamanda Bankın biznes kreditlərində də artım olub. Ötən ilin sonu ilə müqayisədə bu ilin 9 aylıq hesabatına görə Expressbankın müştərilərinə verdiyi biznes kreditləri 199 milyon 207 min manatdan 222 milyon 954 min manata yüksəlib. Bu istiqamətdə artım 23 milyon 747 min manat və ya 11,92% olub. Biznes kreditlərindəki artım ümumi kredit portfelinin artımının təxminən 55,7%-ni təşkil edib. Bankın daşınmaz əmlak kreditləri 122 milyon 116 min manatdan 130 milyon 372 min manata çatıb. Artım 8 milyon 256 min manat və ya 6,76% olub.
Kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatın məbləği 12 milyon 978 min manatdan 11 milyon 696 min manata düşüb. Yəni, bankın ehtiyatı 1 milyon 282 min manat və ya 9,88% azalıb.
Müştərilərə verilmiş xalis kreditlər 536 milyon 736 min manatdan 580 milyon 668 min manata yüksəlib. Artım 43 milyon 932 min manat və ya 8,19% təşkil edib.
Bankın cəmi öhdəlikləri ARTIB
Expressbankın cəmi öhdəlikləri 540 milyon 384 min manatdan 594 milyon 549 min manata yüksəlib. Artım 54 milyon 165 min manat və ya 10,02% olub. Öhdəliklərin böyüməsinin əsas mənbəyi depozitlərin artmasıdır. Digər öhdəliklərin azalması isə ümumi artımı qismən məhdudlaşdırıb.
Bankın depozitlər cəmi 311 milyon 428 min manatdan 372 milyon 203 min manata çatıb. Depozit portfeli 60 milyon 775 min manat və ya 19,51% artıb. Artım fiziki şəxslərin depozitləri hesabına formalaşıb, hüquqi şəxslərin depozitlərində isə azalma qeydə alınıb.
Fiziki şəxslərin depozitləri 259 milyon 747 min manatdan 329 milyon 994 min manata yüksəlib. Bu, ötən ilin sonu ilə müqayisədə 70 milyon 247 min manat və ya 27,04% çocdur. Fiziki şəxslərin ümumi depozit portfelində payı 83,41%-dən 88,66%-ə çatıb.
Hüquqi şəxslərin depozitləri 51 milyon 681 min manatdan 42 milyon 209 min manata düşüb. Azalma 9 milyon 472 min manat və ya 18,33% olub.
Digər öhdəliklər 29 milyon 776 min manatdan 22 milyon 61 min manata düşüb. Azalma 7 milyon 715 min manat və ya 25,91% təşkil edib.
Cəmi kapitalda cuzi Artım
Bankın cəmi kapitalı 4 milyon 542 min manat və ya 3.59 faiz artaraq 130 milyon 898 min manata yüksəlib.
Expressbankın bölüşdürülməmiş mənfəəti ötən ilin yükunu ilə müqayisədə 4 milyon 98 min manat və ya 54.04 faiz artaraq 11 milyon 681 min manata çatıb. Bu dəyişiklik kapital artımının təxminən 90,2%-ni təmin edib. Bankın ümumi ehtiyatları isə 444 min manat və ya 7.1 faiz aratarq 6 milyon 672 min manata bərabər olub.
Express Bank
2026
III rüb
2025
İlin sonu
Fərq
min manat
Fərq
%
Cəmi aktivlər
725 447
666 740
58 707
+8,81%
Nağd pul vəsaitləri və ekvivalentləri
47 748
54 918
-7 170
-13,06%
Ticarət və investisiya qiymətli kağızları
59 377
39 738
19 639
+49,42%
Banklarda və digər maliyyə institutlarında depozitlər
9 307
6 059
3 248
+53,61%
Banklara və digər maliyyə institutlarına verilən kreditlər
3 504
1 994
1 510
+75,73%
Müştərilərə verilmiş kreditlər
592 364
549 713
42 651
+7,76%
İstehlak kreditləri
239 039
228 391
10 648
+4,66%
Biznes kreditləri
222 954
199 207
23 747
+11,92%
Daşınmaz əmlak kreditləri
130 372
122 116
8 256
+6,76%
Kreditlər üzrə məqsədli ehtiyatın məbləği
11 696
12 978
-1 282
-9,88%
Müştərilərə verilmiş kreditlər xalis
580 668
536 736
43 932
+8,19%
Əmlak və avadanlıqlar
5 144
4 572
572
+12,51%
Qeyri-maddi aktivlər
690
843
-153
-18,15%
Balansdankənar aktivlər üzrə məqsədli ehtiyatın məbləği
11
5
6
+120,00%
Digər aktivlər
19 020
21 883
-2 863
-13,08%
Cəmi öhdəliklər
594 549
540 384
54 165
+10,02%
Cəmi depozitlər
372 203
311 428
60 775
+19,51%
Fiziki şəxslərin depozitləri
329 994
259 747
70 247
+27,04%
Hüquqi şəxslərin depozitləri
42 209
51 681
-9 472
-18,33%
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər
197 793
197 490
303
+0,15%
Cari vergi öhdəlikləri
2 493
1 690
803
+47,51%
Digər öhdəliklər
22 061
29 776
-7 715
-25,91%
Cəmi kapital
130 898
126 356
4 542
+3,59%
Səhmdar kapitalı
112 545
112 545
0
0,00%
Bölüşdürülməmiş mənfəət
11 681
7 583
4 098
+54,04%
Ümumi ehtiyatlar
6 672
6 228
444
+7,13%
Kreditlər və digər tələblər üzrə ümumi ehtiyat
6 134
5 689
445
+7,82%
Əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyat
538
538
0
0,00%
Cəmi öhdəliklər və kapital
725 447
666 740
58 707
+8,81%
komersant.a

