Artan vergilər varlı britaniyalıları ölkədən uzaqlaşdırır

Bu gün, 12:18           
Artan vergilər varlı britaniyalıları ölkədən uzaqlaşdırır
Yeni vergilərin tətbiqi varlı britaniyalıları ölkəni tərk etmək barədə düşünməyə vadar edir.

"The Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Saltus" maliyyə konsaltinq şirkətinin araşdırmasında bildirilib.

"Saltus" əsas yaşayış evləri istisna olmaqla, ən azı 250 min funt sterlinq (təxminən 330 min dollar) dəyərində investisiya aktivlərinə sahib olan 2 000 britaniyalı arasında sorğu keçirib.

"Böyük sərvətə sahib hər 10 nəfərdən üçü iqtisadiyyata inamın azalması və vergilərin daha da artırılması ehtimalı fonunda Böyük Britaniyanı tərk etməyi düşünür", - materialda qeyd olunub.

Araşdırmanın nəticələrinə görə, varlı britaniyalıların 8%-i artıq köçmək üçün fəal şəkildə planlar qurmağa başlayıb, daha 22%-i isə bu ehtimalı nəzərdən keçirir.

Qeyd olunur ki, Leyboristlər Partiyasının rəhbərlik etdiyi hökumətin bir sıra dəyişikliklərindən sonra varlı şəxslər vergi rezidentliklərini getdikcə daha çox dəyişirlər. Məsələn, hökumət orqanları Böyük Britaniyada yaşayan, lakin başqa ölkədə daimi ünvanı olan əcnəbilərin gəlirlərinə tətbiq edilən vergiləri artırıb. Hökumət, həmçinin xarici trastlar üçün vərəsəlik vergisi güzəştlərini ləğv edib.

"Nəticələr göstərib ki, varlı insanlar arasında iqtisadiyyata inam bir il əvvəlki 66%-dən 56%-ə düşüb. Hazırda respondentlərin 40%-i mümkün vergi dəyişikliklərini öz rifahları üçün əsas risk hesab edir", - nəşr yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]