Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO

Bu gün, 11:34           
Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Polşanın Çojnitse şəhərində qanunsuz siqaret fabriki ləğv edilib. Əməliyyat zamanı üç Ermənistan vətəndaşı saxlanılıb, yüz minlərlə siqaret, bir tondan çox tütün və istehsal xətti müsadirə olunub.

Musavat.com xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, oktyabrın 5–7-də Gömrük və Vergi Administrasiyasının Pomorsk idarəsinin əməkdaşları Ustka Sərhəd Mühafizəsi məntəqəsinin əməkdaşları ilə birgə əməliyyat keçiriblər. Şəhərdəki binalardan birində siqaret istehsalı üçün nəzərdə tutulan tam təchiz olunmuş xətt aşkarlanıb.

Əməliyyat zamanı Polşa aksiz markası olmayan 560 min siqaret, 340 kiloqram doğranmış tütün və 150 min zlotıdan çox nağd pul götürülüb. Bundan əlavə, yük avtomobilində daha 840 kiloqram markasız tütün tapılıb. Müsadirə olunan aksizli məhsulların ümumi dəyəri 1,55 milyon zlotıdan çox qiymətləndirilib.

İş üzrə Ermənistan vətəndaşı olan üç kişi saxlanılıb. Onlara maliyyə cinayətləri və qorunan əmtəə nişanından qanunsuz istifadə ilə bağlı ittihamlar irəli sürülüb. Şübhəlilər polis nəzarətinə götürülüb və ölkədən çıxışlarına qadağa qoyulub.

Polşa qurumları fabrikin qanunsuz tütün istehsalı və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupla əlaqəli ola biləcəyini bildirir. İstintaq Çojnitse Rayon Prokurorluğunun nəzarəti altında davam edir. Hüquq-mühafizə orqanları qanunsuz fəaliyyətin miqyasını, mümkün satış kanallarını və işə qarışan digər şəxsləri araşdırır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]