Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Bu gün, 10:34           
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
İrlandiyanın Maynoos Universitetinin alimləri elektrik enerjisinə ehtiyac duymadan riyazi hesablamalar apara bilən DNT kompüteri hazırlayıblar.

Referans Media xəbər verir ki, sistem ənənəvi silikon çiplər əvəzinə DNT zəncirlərindən istifadə edir.

Kompüter su, duz və xüsusi DNT fraqmentlərindən ibarət maye mühitdə işləyir. Qarışığın qızdırılıb soyudulmasından sonra DNT zəncirlərinin qarşılıqlı təsiri hesablamaların aparılmasını təmin edir.

Sınaqlar zamanı sistem 25 müxtəlif hesablamanı uğurla yerinə yetirib. Texnologiyanın gələcəkdə məlumatların saxlanması, tibb və canlı hüceyrələrdə xəstəliklərin aşkarlanması sahələrində istifadə oluna biləcəyi bildirilir./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]