Son hadisələrdə dindarlar tərəfdar toplamadı kimi görünür.

Bu gün, 15:34           
Son hadisələrdə dindarlar tərəfdar toplamadı kimi görünür.
Köhnədən qalan 6-7 “məktəb ana” qruplarında da gəzdım, söhbətləri oxudum. Yarısı dövləti dəstəkləyir, yarısının isə heç vecinə deyil.
Çox adamın İran və Suriyada baş verənlərdən qorxusu var. Ölkənin sabitliyindən, təhlükəsizliyindən xalq razıdır. Ona görə də belə mövzularda dövləti dəstəkləyirlər.
Bir də bizdə insanlar Avropadakı kimi ictimai maraqlar ətrafında birləşmək mədəniyyətinə sahib deyil. Aksiya, etiraz və ümumiyyətlə kollektiv hərəkət mədəniyyətimiz zəifdir. Bu da belə məsələlərdə öz təsirini göstərir.
Türkiyədə isə sosial şəbəkələrdə çoxluq İlham Əliyevi dəstəkləyir kimi görünür. Baxırsan, bir paylaşım ediblər, 1000 şərh yazılıb. Üstdəki şərhlərdə Azərbaycanı və ya İlham Əliyevi təhqir edirlər. Araşdıranda görürsən ki, 80 faizi saxta profillərdir.
Planlı şəkildə bir şərh yazırlar, sonra başqa saxta profillərdən həmin şərhi bəyənib yuxarı çıxarırlar. Eyni paylaşımın şərhində aşağı düşürsən, görürsən ki, çoxluq “Əcəb edib, ərəb zehniyyətindən qurtulurlar”, “Əliyevi təbrik edirik” və ya “Bu, onların öz problemidir” kimi şərhlər yazıb.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]