AZAL-ın Naxçıvan reyslərində sərnişinləri aldadıb, ekonom yerləri “biznes klass” əvəzinə satdığı bildirilir. VİDEO

Bu gün, 15:46           
AZAL-ın Naxçıvan reyslərində sərnişinləri aldadıb, ekonom yerləri “biznes klass” əvəzinə satdığı bildirilir. VİDEO
Sərnişinlərin sözlərinə görə, yaxın tarixli uçuşlarda 60 manatlıq bilet tapa bilmirlər.
Onlara yalnız 95 manatlıq “biznes klass” bileti onlayn təklif olunur. Şikayətçilər deyirlər ki, əlavə 35 manat ödəsələr də, təyyarədə ekonom sinifdə oturdulurlar. Bu vəziyyət xüsusilə təcili uçmalı olan sərnişinləri daha çox xərcə salır.
Sərnişinlərdən Cavid Muradov deyir ki, bilet alarkən və uçuş zamanı yaşadıqları onda aldadıldığı təəssüratı yaradıb:
“Təcili işim çıxmışdı, bir gün sonraya Bakıya bilet almaq üçün aviakassaya getdim. Dedilər ki, yalnız 15 gün sonraya bilet satırlar, yaxın tarix üçün onlayn baxım. Saytda sabaha bilet vardı, amma 60 manatlıq ekonom bilet yox idi. Yalnız 95 manatlıq ‘biznes klass’ təklif olunurdu.
Getməli olduğum üçün bileti aldım. Düşündüm ki, əlavə 35 manat ödəyirəmsə, fərqli oturacaq və ya xidmət olacaq. Təyyarədə isə digər sərnişinlərdən heç bir fərq görmədim. Etiraz edəndə mənə ‘İstəmirsənsə, təyyarədən düş’ dedilər. Məcbur olub susdum. Sonradan öyrəndim ki, mənim kimi onlarla sərnişin də 95 manatlıq bilet alıb”.
Digər sərnişin Vüqar Abbasov da fərqi hiss etmədiyini bildirir:
„Sərnişinləri talamağın yeni yolunu tapıblar. 3-5 gün qabağa əsas reslərin hamısını onlayın 95 manata satırlar.Əgər bu, biznes tarifidirsə, onun adi biletdən fərqi nədir? Sərnişin 95 manat ödəyirsə, bilməlidir ki, əlavə 35 manata hansı xidməti alır. Əks halda bu qiymət artımının əsaslandırılması sual doğurur, qiymətlər artıbsa dövlətin Naxçıvan uçuşlarına ayırdığı dotasiya hara gedir?”
Gündəlik Naxçıvan













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]