Tacir Şahmalıoğlundan səhhəti ilə bağlı açıqlama

Bu gün, 00:02           
Tacir Şahmalıoğlundan səhhəti ilə bağlı açıqlama
"Artıq çətin günlərim arxada qalıb, həyatdayam və yenidən səhnəyə qayıdıram. Özümü çox yaxşı hiss edirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Türkiyədə əməliyyatdan sonra səhhətində ağır problemlər yaranan müğənni Tacir Şahmalıoğlu deyib.

Ölümdən dönən sənətçi bir həftədən sonra efirlərə çıxacağını diqqətə çatdırıb:

"Əvvəl efirlərə çıxacağam, tamaşaçılarım görsün ki, Tacir Şahmalıoğlu səhnədədir. Sonra isə toy dəvətlərimi qəbul edəcəyəm. Gələn həftədən sonra toylarda olacağam".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu son aylarda 30 kiloya yaxın çəki itirib. Onun son vəziyyəti hər kəsi təşvişə salıb. Sənətçi şəkərli diabetdən əziyyət çəkdiyini və bu səbəbdən mədəaltı vəzindən əməliyyat olunduğunu xatırladıb. Bakıya yenicə qayıdan müğənni ikinci əməliyyatını keçirib. Bu dəfə onun öd kisəsi götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]