Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı

Bu gün, 10:38           
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
Rusiyanın "AvtoVAZ" şirkəti "Lada" model sırasının ən güclü yolsuzluq avtomobili olan yenilənmiş "Niva Bronto"nun istehsalına start verib.

Oxu.Az xəbər verir ki, bu barədə sözügedən avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.

"Niva Bronto" əsas dəyişiklikləri "Niva Legend" modelindən mənimsəyib: 1.8 litr həcmli yeni mühərrik, transmissiyanın gücləndirilmiş elementləri, sinklənmiş kuzov detalları, sürücü üçün təhlükəsizlik yastığı və daha effektiv əyləc sistemi. Avtomobilin gücü 83-dən 90 at qüvvəsinə, fırlanma anı isə 129-dan 153 Nm-ə qədər artırılıb.

Eyni zamanda, model öz sərt yolsuzluq xarakterini qoruyub saxlayıb: 235/75 R15 şinləri, gücləndirilmiş ön asqı və arxa körpü, hər iki oxda təkərlərarası özükilidlənən diferensiallar.

Bunlardan əlavə, "Niva Bronto"ya məxsus xüsusi yeniliklər də tətbiq edilib: bamperlərin, radiator barmaqlığının, təkər tağlarının və astanaların orijinal dizaynı, həmçinin mühərrik, transmissiya və paylayıcı qutunun qoruyucusunun əlavə gücləndirilməsi.

İstehsalçının sözlərinə görə, bu dəyişikliklər avtomobilin görünüşünü onun xarakterinə tam uyğun olaraq daha bütöv və kobud edir.

Avtomobilin qiymətləri və komplektasiyaları satışlara başlanarkən elan ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]