SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib

Bu gün, 08:44           
SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib
Hörmüz boğazında İranın elan etdiyi qaydaları pozan və Tehranın icazə vermədiyi marşrutla hərəkət edən neft tankerində yanğın baş verib.

"Tasnim" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH bəyan edib ki, neft tankeri izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərq hüdudlarındakı qadağan olunmuş ərazidən keçmək istəyib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]