ABŞ İrana qarşı sanksiyaları genişləndirib: Kuba bankı da siyahıya salınıb

Bu gün, 11:44           
ABŞ İrana qarşı sanksiyaları genişləndirib: Kuba bankı da siyahıya salınıb
ABŞ İrana qarşı sanksiyaları genişləndirərək siyahıya 11 hüquqi və 16 fiziki şəxsi daxil edib. Məhdudiyyətlərə Kuba bankı və İraqın maliyyə qurumu da məruz qalıb.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat dərc olunub.

ABŞ dövlət katibi Marko Rubionun açıqlamasına əsasən, Kubanın "Banco Internacional de Comercio, S.A." bankı İranın maliyyə qurumlarına xidmət göstərdiyinə görə sanksiya siyahısına daxil edilib.

Sanksiyalar İran, İraq və Honq-Konqda qeydiyyatdan keçmiş hüquqi şəxslərə də şamil olunub. Siyahıya daxil edilən qurumlar arasında İraqda fəaliyyət göstərən "International Development Bank" (IDB) bankı da var. Sanksiyaya məruz qalan 16 fiziki şəxsin hamısının İran vətəndaşı olduğu bildirilir.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi IDB bankının iştirakı ilə həyata keçirilən əməliyyatların yekunlaşdırılması üçün müvəqqəti ümumi lisenziya verib. Sənədə əsasən, müvafiq əməliyyatların aparılmasına oktyabrın 30-dək icazə verilir.

ABŞ-nin sanksiya siyahısına daxil edilmə aktivlərin ABŞ ərazisində dondurulması və Amerika vətəndaşları ilə şirkətlərinə siyahıda yer alan şəxslər və qurumlarla işgüzar əlaqələr qurmağın qadağan olunması deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]