Xəbər verildiyi kimi, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb. Tribuna.az xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Lakin partiyanın saytında Veteranlar Şurasının üzvü kimi hələ də adı qalmaqdadır. Hakim partiyanın saytı düzəliş etməyib və Mehdiyevin adını silməyib.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.