Yasamalda kimin keyfi (parası) nə istəyirsə onu edir - görünəni budur

Bu gün, 00:03           
Yasamalda kimin keyfi (parası) nə istəyirsə onu edir - görünəni budur
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, sakinlərin sözlərinə görə, “ASAN xidmət” mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil.

Şikayətçilər bildirirlər ki, ərazidə tikinti işləri ilə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək problemin həlli istiqamətində nəticə əldə olunmayıb.

Sakinlərin iddiasına görə, tikintinin dayandırılması ilə bağlı tədbir görülmədiyindən işlər davam etdirilib və obyekt artıq ikinci mərtəbəyədək qaldırılıb.

Şikayətçilər Yasamal Rayon İcra Hakimiyyətindən və aidiyyəti qurumlardan ərazidə aparılan tikintinin qanuniliyinin araşdırılmasını, obyektin hansı təyinatla tikildiyinə aydınlıq gətirilməsini və qanun pozuntusu varsa, müvafiq tədbirlər görülməsini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]